adalet.az header logo
  • Bakı 6°C
09 Dekabr 2018 14:56
13713
DÜNYA
A- A+

İranlı deputatdan Türkiyə barədə qalmaqallı sözlər

İran parlamentinin kürd əsilli deputatı Türkiyə əleyhinə qalmaqallı çıxış edib.

Adalet.az xəbər verir ki, Mahabad (Soyuqbulaq) bölgəsindən seçilən millət vəkili Cəlal Mahmudzadə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi "Fərat Qalxanı" və "Zeytun budağı" anti-terror əməliyyatlarına etirazını bildirib.

Deputat çıxışında iddia edib ki, Türkiyənin PKK/KCK və PYD/YPG terror təşkilatlarına qarşı əməliyyatları mülki insanlara qarşı yönəlib.

C.Mahmudzadə bundan əlavə, kürdlərin dəstəklədiyi HDP lideri Səlahəddin Dəmirdaşın dərhal azadlığa buraxılmasını tələb edib, onun qanunsuz şəkildə həbs edildiyini söyləyib.