adalet.az header logo
  • Bakı 7°C
09 Dekabr 2018 13:05
12843
DÜNYA
A- A+

Fransadakı etirazlarda 125 min nəfər iştirak edib

Ötən gün Fransada keçirilən etiraz aksiyalarında 125 min nəfər iştirak edib.

Adalet.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkə üzrə polis tərəfindən dindirilən etirazçıların sayı 1385 nəfərə çatıb.

Onlardan 974-ü müvəqqəti saxlanılıb. Parisdə isə dindirilən 920 etirazçıdan 619-u tutulub. Aksiyalarda 118 nəfər xəsarət alıb. Onlardan 17-si polis əməkdaşıdır.