adalet.az header logo
  • Bakı 6°C
09 Dekabr 2018 12:32
6878
MƏMLƏKƏT
A- A+

Çaylarda suyun səviyyəsi dəyişib

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-90, Kiçik Qafqazın çaylarında 150-250, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 100-180 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 07-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 237 m3/s olmaqla ongünlük normanın 151 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 165 m3/s olmaqla ongünlük normanın 105 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 109 m3/s olmaqla, ongünlük normanın 142 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 55 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, dekabrın 07-də Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvan 16, Salyanda 4, Bankədə 11, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 434 sm (2017-ci il dekabrın 07-də 362 sm), Şirvanda 309 sm (2017-ci il dekabrın 07-də 237 sm), Salyanda 265 sm (2017-ci il dekabrın 07-də 185 sm), Bankədə 247 sm (2017-ci il dekabrın 07-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2017-ci il dekabrın 07-də 95 sm) təşkil edib.