adalet.az header logo
  • Bakı 6°C
08 Dekabr 2018 14:13
24941
TEXNOLOGİYA
A- A+

Azərbaycanda mobil operator internet paketlərində tariflərə dəyişiklik edir

2019-cu il yanvarın 9-dan "Azercell” MMC fakturalı xətt sistemində mövcud olan "4GB=9 manat” internet paketini ləğv edir.

Trend bu barədə rəsmi mətbuatda dərc olunan məlumata istinadən bildirir.

Həmin paketə qoşulmuş abunəçilər 30 gün müddətində bu paketdən istifadə edə bilər. "4GB=9 manat” paketi avtomatik olaraq "5GB=8 manat” paketi ilə əvəz olunacaq.

Bundan başqa, fakturasız xətt (SimSim) sistemində mövcud olan "18GB=24 manat” paketi də ləğv olunaraq "10GB=15 manat” paketi ilə əvəz edilir. Bu paketi də 30 gün müddətində istifadə etmək mümkün olacaq.

Dəyişikliklər həmçinin həm fakturalı, həm də fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulmuş "100MB=2 manat” paketinə şamil olunur. Bu, "60MB=1 manat” paketi ilə əvəz olunacaq.

Həm fakturalı, həm də fakturasız xətt abunəçiləri nəzərdə tutulmuş aylıq "50MB” paketi "60MB” ilə əvəz olunacaq, lakin istifadə müddəti 15 günədək azaldılacaq.