adalet.az header logo
  • Bakı 7°C
08 Dekabr 2018 13:20
13094
DÜNYA
A- A+

İranın 7 vilayətində sel və daşqın olub

İranın 7 vilayətində, Ərdəbil, İlam, Xuzistan, Qəzvin, Kirmanşah, Lorestan və Həmədan vilayətində güclü sel və daşqınlar baş verib.

Trend-in məlumatına görə, bunu İranın Xilasetmə və Yardım Təşkilatının sədri Murtaza Səlimi deyib.

Onun sözlərinə görə, 1 265 nəfərə yardım göstərilib, 21 nəfər təhlükəsiz bölgələrə köçürülüb.

Səlimi Xuzistan vilayətində sel və daşqınlar nəticəsində 1 nəfərin dünyasını dəyişdiyini deyib: "109 mənzil sudan təmizlənib, 41 avtomobil seldən çıxarılıb”.