adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
08 Dekabr 2018 13:09
10692
MƏMLƏKƏT
A- A+

Nyu-York radiosunda Rəşid Behbudova həsr edilmiş veriliş yayımlandı

Nyu-Yorkun məşhur "Davidzon Radio"sunun "Karavan" verilişinin budəfəki sayı Azərbaycanın Xalq artisti Rəşid Behbudova həsr edilib.
BakuPost xəbər verir ki, veriliş dünən axşam Bakı vaxtı ilə saat 23:00-da canlı olaraq yayımlanıb.

Verilişdə məşhur sənətkarın həyat və yaradıcılığından söhbət açılıb, repertuarından mahnılar səsləndirilib.

Rəşid Behbudov musiqisinin pərəstişkarları canlı verilişihttp://www.davidzonradio.com/index620.php bu link vasitəsilə dinləyə bilərlər.

Qeyd edək ki, Nyu-York radiosu ilə yayımlanan "Karavan" verilişinin 10 ildir aparıcısı və müəllifi Boris Avezovdur. Ölkəmizi çox sevən müəllif öz verilişlərində tez-tez Azərbaycan musiqisindən, mədəniyyətindən, incəsənəti və tarixindən bəhs edən buraxılışlar təqdim edir.