adalet.az header logo
  • Bakı 7°C
08 Dekabr 2018 12:08
10688
DÜNYA
A- A+

Gecə klubunda faciə - 6 ölü, 100 yaralı

İtaliyanın Korinaldo şəhərində yerləşən "Lanterna Azzurra” gecə klubunda faciə baş verib.

Adalet.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 1300-dən çox insanın olduğu gecə klubunda naməlum səbəbdən gözyaşardıcı bibər qazının olduğu şüşə alovlanıb.

Təlaşa düşən hər kəs qaçmağa başlayıb. İzdiham və basabas nəticəsində ayaq altında qalan 6 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Ölüm sayının artacağı istisna edilmir.