Əbülfət MƏDƏTOĞLU: PAYIZLA QIŞIN KƏSİŞMƏSİNDƏ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52314 | 2018-12-10 10:14

Yazını yazmağabaşlamaq istədiyim an bilgisayar yazarımızla bir balaca yazıya giriş etdik.Yəni günümüzün reallığından danışdıq. Və həmişə olduğu kimi, dilimin altına çöpqoymadan nəyi necə düşünürəmsə elə də dedim. Dediyimin məntiqi nəticəsi dəsəhərin gözü açılmamış qarşıma bəduğurun çıxması, ovqatımı mikrobun korlamasıvə bir də özünü hər kəsdən üstün tutub hər kəsi özünə borclu sayanların ədasıoldu. Yəni vurğuladım ki, Allah hamını "Ol!" deyib yaradanda görünürbir az tələskənliyə yol verib. "Ol"un dərəcəsi kimlərinsə payına biraz artıq düşüb və onlar da "ol"duqları zaman üçqat "ol"olublar, adamlıqları fontan vurub. Ona görə də fontanın yerinə altından nələrçıxardığını hamımız bilirik və ortalığa nələrin gəlib düşdüyünü hamımızgörürük. Lap kəsəsi, fontan təkcə neft-qaz çıxarmır üzə, həm də zir-zibili atıryerin altından yerin üstünə. Bu lap üçqat, dördqat "ol"dan yarananadamlar həmin tullantılardı, əlimizə-ayağımıza dolaşır, üst-başımıza bulaşırlar...Biz də onların "hava"sına dözə-dözə ömrümüzün müəyyən hissəsini badaveririk... Nə isə...

Bəli, yanvarın qış havası artıqduyulmaqdadı. Və bu havanın içərisində bir istilik axtarmaq arzusu nə qədərürəyimə hakim kəsilsə də, amma qəti əminəm ki, onu tapmaq o qədər də asanolmayacaq. Ona görə ki, mənim istəyimlə gerçək havanın arasında qışdan yayaqədər bir məsafə var. Həmin məsafənin yaxınlaşdırılması, qısaldılmasıqeyri-mümkündür. Bunu bir dədə sözüylə də təsdiq etmək, vurğulamaq olar.Dədələr söyləyib ki, "xəstə nə qədər tələssə də, armud vaxtındayetişər".

İndi mənim istəyimə rəğmən gerçək olanbudur ki, qışdı və qışın da şah damarı soyuq şaxtadı, qar-borandı. Ondanqorunmağın yolları yetərincə olsa da, amma onu yaşamağın özü də bir gözəllikdi.Təsəvvür edin ki, heç vaxt unuda bilmədiyim qış gözəlliklərini mən doğulduğumbölgədə, xüsusilə öz kəndimizdə böyük zövqlə yaşamışam. Kənd evlərinin damındangöyə millənən tüstüdən tutmuş həyət-bacalardan kənd mərkəzinə doğru, məktəbətərəf gedən qarüstü ləpirlərə tərəf hər şey insana bir paklıq aşılayır, birürək sevindirən ümid göyərdirdi. Elə bil ki, qarşıdakı ləpirlər arzulara gedənyol idi və yaxud sübhdən evlərin damından göyə millənən tüstülər həyatınoyanışı idi. Doğrudur, bunun bir məqamı da var idi. Adətən tənbəl və yaxudsəriştəsiz adamlar qış səhərlərini yuxudan oyanıb isti yorğanın altındanqalxmağa heç həvəs göstərmirdilər. Amma hansı evdə ki ağsaqqal, ağbirçək varidi, təcrübəli qadınlar evi idarə edirdi, o evlərdə odun sobaları sönmürdü.Axşamdan sobaya qoyulmuş iri palıd kötükləri səhərə qədər hər evintemperaturunu qaydasında saxlayırdı, həm də sobanı yenidən alışdırmağa ehtiyacolmurdu...

Mən bu xatirələrin şirinliyinə uyub biraz Bakıdan uzaqlara getdim. Amma indi yaşadığım Masazırda hərdən göz gəzdirirəm,burada da tək-tək evlərin damından tüstü çıxır. O tustu bilmirəm gedibQarabağda sönmüş ocaqların tüstüsünə qarışır, yoxsa yox, amma mənim içimdəközərən odu, qoru sönməyə qoymur. Elə bil ki, bu həyatın mənə bir sitəmidi, yada dözümə çağırışıdı. Amma hər nədisə ağrılı, şirinli bir dərsdi. O dərsioxumamaq, öyrənməmək mümkün deyil...

Bəli, bax elə bu ovqatın içində mən biranlıq silkələnib yuxudan oyanmış adamlar kimi özümə dönürəm. Və baxıb görürəmki, bu qış günü ürəyimi isidən, içindəki ümid işartısını sönməyə qoymayan həmdə Sənsən! Deməli, Sən həm də mənim ruhumun Tanrısısan. Ona görə də Sənəpıçıldayıram:


Dilim-dilim olsundilim

Əzabdı hər ayım,ilim...

Yuxuda gördüm ki,gülüm -

Sən ruhumunTanrısısan!


Yanağıma yaş saldıiz

Haqq önündə dizçökdüm, diz!

Anlaya bilmədik ki,biz -

Sən RuhumunTanrısısan!


Kəsə də lap əyridüzü

Hər istəyin ikiüzü...

Sən olmaz hər qızınyüzü -

Sən ruhumunTanrısısan!


Baxt özü o baxtdı,bilir

Vaxt həmin ovaxtdı, bilir!

Allah özü haqqdı,bilir -

Sən ruhumun Tanrısısan!..

***

İnsan həyatının bütün məqamları mənimdüşüncəmə görə, bir zəncir halqası kimi ovqatdan keçir. Yəni hər an bir ovqatakökləndiyindən həyatımız rəngarəng olur. Bax, elə son bir həftəni düşünəndə,götür-qoy edəndə mən öz payıma bu qərarı verirəm ki, bir-birinin ardınca acıxəbərlər döydü qapımızı. Həm dostların, həm həmkarların sırasından olan buitkilər müəyyən mənada qanunauyğunluqdu. "Dünyaya gələn dünyadan hansısabir şəkildə gedir!" - deyiblər. Bunu ləngitmək və yaxud da başqa birformaya salmaq qeyri-mümkündü. Bu gerçəkliyin içində bir başqa gerçəklik dəvar. Bu da bizim barışmamaq, razı qalmamaq gerçəkliyimizdi. Yəni biz olanlarlayalnız 40 gündən sonra barışmağa başlayırıq. Bunu da dədələrin dediyi"torpağın üzü soyuqdu" kəlamıyla.

Deməli, bax, bu üzü soyuq torpaq qışdabizi üst qatda üşütsə də, alt qatda qoruyur, hifz eləyir. Mən bunu elə-belə,sözgəlişi yazmıram. Demək istəyirəm ki, hər qatın öz missiyası var. Və insanıniç dünyasındakı qatlar da elə torpağın qatları kimidi. Orda sevincin də,kədərin də, işığın da, qaranlığın da savabla mərdimazarlığın da, ümidləümidsizliyin də... öz yerləri var. Sadəcə, o qatlardan hansına biz daha çox üztuturuqsa, meyl salırıqsa, onlar diqqət mərkəzinə çıxır. Və burda genetik kodda var. Gendən gələn meyllilik daha çox qabarır, daha çox öndə olur. O da özqabartısıyla, öndə olmasıyla digərlərinin diqqətini çəkir. Beləcə, özümüz dəbilmədən həmin o önə çıxmış qatın missiyasını başqalarına yönəldirik. Bax, yazımınönündə söylədiyim mikrobdan tutmuş, bəduğura qədər... sevinc paylayandan xoşaura bəxş edənə qədər burda hər şey özünü ifadə etmiş olur. Mən də yazımın sarısimində elə bunları demək, bunları önə çıxarmaq istəyirəm. Həmin istəyimiindiki anda oxucu ixtiyarına buraxıb yenə yönümü sənə çevirirəm. Çünki səninlədanışanda içimdəki bütün istəklərin işığı artır, ümidi şölələnir. Axı, biz budünyada bir-birinə doğru uzanan əllər kimi havada qalmışıq. Və elə bu havadaqalan əllərin pıçıltısı olaraq deyirəm:

Sən

"get"də

israrlı

mən isə"qal!"da

odur ki,

bu israrlı təzadda

heç bir halda

çin olan deyil -

həyatda,

nə də ki,

xəyalda...

bu səbəbdən

mən də,

elə sən də

girinc qalacağıq

üstəlik

yuxusunuqaçıracağıq

hələ də

cavabı bilinməyən

sualın da?!

***

Bəli, hər gün sual, hər gün nida vədigər durğu işarələri yaşamın göstəricisidir bizdən asılı olmadan. Biz bugöstəriciləri cavablaya-cavablaya nöqtəyə doğru gedirik. Bunu sən də bilirsən,mən də, elə hamımız da. Getməyə də bilmərik. Çünki getməmək, yerində durmaqistəyi sadəcə və sadəcə elə istəkdi. O ki qaldı bir gerçəkliyə, yəni bütünistəklərə... onların hamısının nə vaxtsa çin olacağı özü də bir xəyaldı. Axıdünyada heç bir insanın bütün xəyalları, bütün arzuları çin olmayıbdı. Mən də,elə bilgisayar yazarımız da, hətta "Ədalət"də çalışanların hamısıəlini ürəyinin üstünə qoyub deyə bilməz ki, arzularının hamısı çin olub.Bilirsiniz niyə? İstəkdən istək doğur axı! Bu gün barışdığın nəticə sabah yasəni qane etmir, ya narazı salır, ya da ondan bir pillə kimi istifadə edibikinci addımı atmağa çalışırsan. Və ...

Hə, bu söylədiklərim filosofluq deyil,hamının bildiyi reallıqdı. Sadəcə, mən yazımın ovqatına uyğun olaraq sözgəlişidilə gətirdim. Axı indi fəsillərin bukəsişməyə doğru tələsən günündə, çöldə qış havası var. Bu hava daadamı isti guşəyə səsləyir, isti bir sözə, hətta ovqata köklənməyə tərəfitələyir. Nə yazıq ki, belə anın özündə də ikinci bir soyuqluq hardansa təksəbrə çevrilir. Bax, bir az pafoslu, bir az da zarafat donlu bir şəkildəsöyləsəm, yetimi onda ağlamaq tutur. Və yaxud da dərd batmanla gəlir...

İndi bütün bu yazı boyu söylədiyimfikirlərin qoyacağım nöqtəsinə yaxın bir yerdə dayanıb özümə kənardan baxmaqistəyirəm. Baxıb nə görəcəyimi kim necə təxmin edir etsin, mən isə gördüyümükimsəyə demədən ürəyimin bir küncünə büküb atıram. Elə bir küncə ki, ordaolanlardan ancaq sən xəbərdarsan. Sənin bildiyini isə təbii ki, bir də Allahbilir. Elə o dediyim sonuncu fikrin ipindən tutub bir şeir demək istəyirəm.Demək istəyirəm ki:


Mən üzülmüşyarpağam

Çeşmədə novedərsən...

Suyu yaxşı süzməsəm-

Bir az söz-sovedərsən!..


Təki gözün önündə

Kirpik ucundaolum...

Yolun üstümdənkeçsə -

Yolunda bitsinyolum...


Böyük istəklərimyox,

Səni çətinəsalsın...

Bircə qəlbimağlımda -

Ağlım, qəlbindəqalsın!..


Bəli, bu payızlaqışın kəsişmə nöqtəsinin dəyişkən havasında ovqatınıza bir az istilikqatmağa çalışdım. Doğrudur, mənim ovqatımı qış havasına kökləyiblər, amma mənürəyimin işıqlı qatından boylanıb sizinlə işıq paylaşmağa çalışdım. Deyirlərki, varını verən utanmaz. İndi özünüz də dünya görmüş insanlarsınız. Ən azındanişığın sizə heç bir zərəri dəyməyəcəyinə mənim kimi siz də əminsiniz. Ona görədə bu havada və bütövlükdə ömrünüzdə ,eləcə də evinizdə , həyətinizdə heç vaxtişığınız sönməsin! - deyirəm.


TƏQVİM / ARXİV