ZƏRURƏT

FƏRİDƏ RƏHİMLİ
22062 | 2018-12-08 11:24

Allah insanı tək yaratdı. Baxdıki, tək darıxır insan, ikinci bir insanı da yaratdı. Amma bir az fərqli, bir azbirincidən zərif, bir az ondan gözəl, incə, biz az ondan cazibədar, bir azondan zərif yaratdı. Birini o birinə möhtac yaratdı, biri o birindən ayrıqalmaz vəziyyətdə yaratdı və bir-birindən ayrı yaşaya bilmədilər o gündən.Darıxdılar,göz yaşı tökdülər ayrılıqları zamanı. Anlaşılmaz bir hiss aldı içlərini.Əvvəllər adını bilmədilər bu hissin. Sevgi, həsrət, hicran, vüsal kimi sözdənxəbərləri yoxdu hələ. Ölüm haqqında məlumatları yoxdu. Ölümdən betər olanayrılığı həyatın ən çəkilməz dərdi sayırdılar...

Hərşey rahat, mənalı, quşlar, heyvanlar, güllər, çiçəklər, çaylar, şəlalələronların ixtiyarında idi. Dünya qovulduqları Cənnətdən o qədər dəfərqlənmirdi...

Onlarıncütlüyündən insanlar törədi, artdı. Artdıqca da dəyişdi, bir-birindənfərqləndi, ikiləşdi - yaxşıya, pisə bölündü. Bir ata-ananın övladlarıbir-birinə düşmən kəsildi. Biri o birini öldürdü. Sevgi, gözəllik sözününyanında paxıllıq, həsəd, hərislik də peyda olmağa başladı. İnsan çoxaldıqcaproblemi də çoxaldı, yaşamaq daha da çətinləşdi. Və bu çətinliyi bir-birinəyaşadan da insan özü oldu. Açıq ürəklilik, mehribanlıq, sadəlik şəraitindərahat yaşamaq varkən bir-birinə zəhər etdi dünyanı insan. Hər dəfə dəbir-birini suçladı, bir-birini qınadı.

Çoxkeçdi o zamanlardan. İnsan dəyişmədi, daha da çirkinləşdi münasibətlər. Artıqailədən, qəbilədən, tayfadan daha geniş üfüqlərə üz tutdu insan. Daha çoxöyrəndi, daha çox təcrübə topladı və bu təcrübənin əksəriyyəti yanlış yöndəoldu. Silahlar kəşf olundu vəhşi heyvanlardan qorunmaq üçün, amma o silahyanlış insanların əlinə keçincə daha böyük fəlakətlər baş vermiş oldu. Əməyi,zəhməti yüngülləşdirmək üçün atom kəşf edildi, amma o kəşflə dünyanı alt-üstetdilər, dağıntılar, ölümlər, heyvanın belə edə bilməyəcəyi vəhşiliklərixtiraçını peşman etdi. Qalan ömrünü özünü lənətləyərək yaşamağa vadar etdiləronu. Dəqiq yəqin etdi ki, elm inkişaf etdikcə insanı vəhşiliyə doğru aparır.Daha çox maddiyata sahib olmaq, hakimiyyət hərisliyi insanı insanlıqdançıxardı. Bir-birinə həyatı zəhər etməyə başladılar. Amma əvvəlki halıylayaşayanlar da qaldı. Yəni insan həyatı yaşayanlar da. Dünyanı, həyatı,insanları sevərək yaşayanlar da tükənmədi. Yaxınlarıyla, ətrafla, bütün dünyainsanları ilə dostluq etmək istəyən, xeyirxah əməllərlə məşğul olan, sevginibaş tacı edən, irqi, dini, milli ayrı-seçkiliyə yol vermədən, yalnız insanolduğu üçün onları sevən insanlar hələ də var, olacaq. Hansı təbəqə azdır,hansı çox, söyləmək çətindi, amma bəzən yaxşılar daha az kimi görünür. Olsun,yetər ki, tükənməsin...

İnsanın daim bir-birinə ehtiyacı var. Bu ehtiyacmaddiyat üzündəndirsə, ödəndikdən sonra unudula bilər, amma mənəvi ehtiyac ömürboyu tükənməz. Bu, insanın ömürü boyu sürən, davam edən bir istəkdir.

İllər, əsrlər keçsə də, bəzən insan doğulduğu gündənölümə doğru getdiyinin fərqində belə olmur. Sanki əbədi yaşayacaqmış kimi dördəllə yapışır bu dünyadan. Yaşadığı dünyanı cəhənnəmə çevirir, insanları əzabaişgəncəyə düçar edir. Son zamanlar dünya çox qarışıb. İnsan ölümünü qarışqaölümü qədər əhəmiyyətsiz, mənasız sayanalar var.

İndiyəqədər olanlar azmış kimi bir də vahiməli görünüşlü saqqallı, gödək şalvarcanilər, insan qəssabları artmağa başladı. Sanki bunların beynini silib, yeriniinsana qarşı nifrətlə, ölüm hərisliyi ilə, təcavüz hissi ilə... doldurublar.Buna necə nail olurlar, bunun bir çox versiyaları var və maddiyat da ön sıradadayanır. Amma heç bir maddiyat bu qədər vəhşicəsinə insan qətlinə səbəb olabilməz. Bu işdə tam anlamadığımız daha məchul məsələlər var və bunun dinləəlaqəsi belə yoxdu. "Allahu Əkbər!" deyib insan başı kəsən vəhşinindinlə nə işi ola bilər ki?

İnsanlar,xüsusi ilə də türk dünyası çox parçalandı, dinimizi məzhəblər, təriqətlər,axirətini dünya həvəsinə dəyişən "dindarlar"ın rəhbərliyi bərbad günəsaldı, elmimizi elmdən bixəbər, haqqı olmadan başqasının yerində əyləşənlər,təhsilimizi millətin gələcəyini deyil, şəxsi maraqlarını düşünənlər,səhiyyəmizi doktorçuluq oynayanlar korladı. Təbii ki, bu yalnız bizdə deyil,bütün türk dünyasını əhatə edən bir bəladır və təbii ki, bu özbaşına başvermədi. Bütün bunların vahid bir idarəetmə mexanizmi tərəfindən müsəlmandünyasına qarşı yönəldiyi artıq hər kəsə məlumdu.

Lapilk gündəki kimi, hələ yalnız ikisinin yarandığı zamandakı kimi, indi də insanbir-birinə möhtacdır.

Bu gün türk dünyasının, Turan elinin bir-birinə dahaçox ehtiyacı var.Zülmə,qətllərə, dinsizlərə qarşı mübarizədə birləşmək ən qaçılmaz, zəruriehtiyacımızdır. Parçalayaraq əzmək daha asan olduğundan, çoxdan işə düşmüş bumexanizm öz məqsədinə yaxınlaşmaqdadır. Artıq bu, insanın insana olanehtiyacından ötə - ölkələrin bir-birinə ehtiyacıdır və bu ehtiyac təminolunarsa, yəni türk dünyası birləşərsə, qarşısında durmaq müşkül məsələdir vəbunu o "barmaq" sahibləri çox gözəl bilirlər. Təəssüf ki, türkünsəbri geniş olur. Amma səbr kasası doldumu, düşməni qarşısında kölə edər.İnşallah bu təskinliklə o günü gözləyirik - türkün yuxudan ayılacağı günü...


TƏQVİM / ARXİV