adalet.az header logo
  • Bakı 7°C
08 Dekabr 2018 11:35
13638
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: OLUR

Dilim susur - ürəyə
nəmli gözlər dil olur...
Kirpiklər pıçıldaşır -
gözün dibi lil olur...

Başladıqca gün " ah" la
boğulur hər gün "ah" da!
Nöqtə boyda günah da -
üfürülüb fil olur...

Mənim canım ovcunda
can verir , can , ovcun da!
mən ovun - mən ovçun da -
için - için kül olur...

Sönür şamım - qaralır...
dərd sıxır - can daralır...
Yar veriir , həm yar alır -
Allah, günüm il olur...