adalet.az header logo
  • Bakı 7°C
08 Dekabr 2018 11:17
14734
KRİMİNAL
A- A+

Gəncədə arvad ərini bıçaqladı

Gəncədə kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Trend-in məlumatına görə, insident şəhərin Dədə Qorqud küçəsi ev 23, mənzil 1-də baş verib.

Həmin ünvanda yaşayan Gəncə sakini İsmayılov İbrahim Etibar oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı İsmayılova Günay Vuma qızı ilə mübahisə edib. Mübahisə zəminində G. İsmayılova ərini bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.