adalet.az header logo
  • Bakı 7°C
07 Dekabr 2018 17:43
7769
GÜNDƏM
A- A+

Cavid Qurbanov: “Biz Atillanın ayağı dəyən hər türk torpağına iddialıyıq”

"Vaxtilə Vorontsov Lazarevi Təbrizin komendatı təyin etmişdi. O, Lazarev deyil, Lazaryandır. Ona görə də yəqin ki, "Lazaryan klubu” desək, daha yaxşı çıxar”.

Deputat, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətininsədri Cavid Qurbanov bu fikirləri Milli Məclisin plenar iclasında çıxış edərkən söylədi. "Lazarev klubu”nun İrəvanda keçirdiyi tədbirdə Azərbaycana qarşı iddiaların səslənməsinə toxunan C.Qurbanov Rusiya Dövlət Dumasının ermənipərəst deputatı K.Zatulinin səsləndirdiyi iddialara da reaksiya verdi: "İndi Zatulin gedib həmin klubda yallanır. Ona görə də səs çıxartmalıdır, nəsə deməlidir. Bu iddialar sadəcə iki deputatın arasını vurmağa yönəlmiş cəhddir. Ancaq onun bu fikirləri Azərbaycan-Rusiya münasibətlərinə zərrə qədər də təsir edə bilməz”.

C.Qurbanov bu yaxınlarda ölkə prezidentinin rəhbərliyi ilə Rusiyada, dövlətlərarası komissiyanın işində iştirak etdiyini xatırlatdı: "İnanın ki, mən ordakı münasibətləri gördüm. İçəridəki münasibətləri bilirəm. Çox gözəl, səmimi münasibətlər var və Rusiya ilə hər şey qaydasındadır. Cənab prezidentin özünün dediyi kimi, ötən il 800 min rus bura gəlib. İndi yöxlasınlar, görsünlər Ermənistana hərbçilərdən başqa kim gedir?”

Deputat bəyan etdi ki, ermənilərin və onların havadarlarının Azərbaycanın tarixi torpaqlarına iddiaları mənasızdır: "Biz heç vaxt öz torpaqlarımızdan imtina edəsi deyilik. Əvvəl-axır Atillanın ayağı dəyən hər türk torpağına biz iddialıyıq. Ermənilərin yaşadığı ərazi də bizim torpaqdır, Hüseynqulu xanın torpaqlarıdır. Biz o torpaqları da geri almalıyıq”.

Ermənilərin iddialarını mənasız sayan C.Qurbanov ardınca dedi ki, bizim işimiz siyasətimizi uğurla davam etdirmək, iqtisadiyyatımızı və ordumuzu gücləndirmək, torpaqlarımızı işğaldan azad etməkdir.