adalet.az header logo
  • Bakı 19°C
10 Dekabr 2018 10:07
11015
GÜNDƏM
A- A+

Aqil Abbas: “Mən harda demişəm ki, özəl televiziyalar bağlanmalıdır?!”

Bir çox mətbuat orqanları mənim demədiyim sözü, fikri manşetlərinə çıxarır və sonra bu barədə sorğu keçirirlər. Jurnalist etikası deyilən bir şey var. Mən bunu parlamentdə də demişəm. Parlamentin stenoqramını açıb baxa da bilərlər, televiziyalar da çəkib və jurnalistlərdə də səs yazıalrı da var. Mən demişəm ki, özəl televiziyalar əxlaqsız şeyləri çox yayırlar. Bu da millətə ziyandır, bizə bütün dünya baxır, Azərbaycan xalqı haqqında nə düşünərlər?! Ona görə də Milli Teleradio Şurasına səlahiyyət verilməlidir ki, bunları cəzalandıra bilsin. Hətta demişəm ki, bir çox ölkələrdə, çox uzağa getməyək, elə qardaş Türkiyədə Radio-televiziya üst kurulu belə şeylərə görə bəzən televiziyanı bir gün, bir həftəyə kimi cəzalandırır, bağlayır. Və səbəbini də göstərir ki, nəyə görə bağlayıb. Mən də onu demişəm ki, belə şeylərə görə televiziyalar cəzalandırılmalıdır. Bu barədə hörmətli Ramiz Mehdiyev, Əli Həsənov da mətbuatda çıxışlar ediblər ki, belə şeylərə biraz diqqət etsinlər. Amma çox təəssüf ki, bəzi saytlar mənim çıxışımı başqa formada təqdim edirlər. Və hətta soğuda hörmətli Qulu Məhərrəmli də deyib ki, bağlanmasın, cərimələnsin. Mən bağlansın deməmişəm. Xahiş edirəm çıxışımı oxuyun.