adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ...YETMİŞ İKİ DİL ÖYRƏNMİŞƏM...

FAİQ QİSMƏTOĞLU
43250 | 2018-12-09 11:54

... Çoxdil bilmək elə çox da millət deməkdi. Yəni bir milləti tanımaq üçün. O millətin iç dünyasına qəlbini almaq üçün öz dilindədanışanda istər-istəməz səni doğma insan kimi qəbul edəcək. Axı sən onun özdilində danışmaqla "boş damarını” və ürəyinin döyüntülərini tuta bilirsən. Eləki, hər hansı əcnəbiylə o dildə söhbət edirsən, bax, o qəlbini sənə açır və səniözünə yaxın bilir...

Əcnəbidilləri öyrənmək və o dildə danışmaq üçün ən azından oxumalı, öyrənməli, əziyyətçəkməlisən. Dili öyrənirsən və bir gün də o dili "semoçka” kimi çırtlayırsan.İndi son vaxtlar belə bir dəb düşüb ki, ən azından ingilis dilini bilməlisən.Bu dili bilirsənsə, dünyaya çıxış yolu tapırsan. Bunun nəyi pisdir?! Əlbəttə, nəqədər çox dil bilsən, bir o qədər də başın uca olar.

Eləadamlar var ki, beş-altı dil bilir. Və beş-altı dil bilmək elə də asan deyil.İndi deyirlər ki, məsələn, filan nazir dörd-beş dil bilir; ingilis dilinibilir, fransız dilini bilir, alman dilini bilir, rus dilini bilir, türkdilini bilir... Bax, halal olsun o nazirəki, bu qədər dil bilir. Amma bizdə elə nazir var ki, xarici dili gözəl bilsə də,azərbaycan dilində danışanda məəttəl qalırsan. Bilmirsən, azərbaycan dilindədanışan fransızdı, ingilisdi, yoxsa bizim beş-altı dil bilən hörmətlinazirimizdi...

.. Vəbir də öncə hər bir nazir, hər bir icra başçısı, hər bir hüquq-mühafizə orqanınrəhbəri bu millətlə, bu xalqla öz dilindədanışmağı bacarmalıdır. Bu millətlə, bu xalqla Azərbaycan prezidenti İlhamƏliyev öz dilində çox gözəl danışır. Yəni millətin sevgisini, məhəbbətini öz sadəliyi və səmimiyyətiilə prezident çoxdan qazanıb.

Təəssüfki, bu sözləri heç də biz bütün nazirlər, icra başçıları və digər vəzifəli şəxslər barəsində deyə bilmərik.Ən azından ona görə ki, bəzi nazirlər və icra başçıları özlərini dartıb qoyurlardağın başına və camaata da yuxarıdanaşağı baxırlar. Onların qəbuluna adam var ki, illərlə, aylarla düşə bilmir.Düzdür, bu qəbullar hər ay müxtəlif rayonlarda təşkil edilir. O qəbula da əvvəlcədənseçilmiş və təlimatlandırılmış insanlar gəlirlər. Yəni böyük kütlə öz dərdini,sıxıntısını və problemini vətəndaşları qəbul edən nazirə çatdıra bilmir. Bax,belə də olanda qəbula düşməyən adamların ürəkləri sınır...

BöyükSeyran Səxavətin yazdığı şeirin iki bəndi yadımıza düşür:

Gedibyetmiş iki dil öyrənmişəm,

Hələtapmamışam dilini sənin.

İstedadlıyazıçı və şair Seyran Səxavət bu xalqın və bu millətin dilini tapan ziyalıdı vəhamı ilə də o qədər şirin danışır ki, onun bal kimi söhbətlərindən doymaqolmur. Bu misralar o şəxslərə şamil edilə bilər ki, onlar millətlə, xalqla, lapdoğmalarıyla öz dilində, səmimi danışmağı bacarmır. İnsan səmimi danışanda heçvaxt özünü gizlətmir, ürəyində nə varsa açıb qoyur ortalığa...

Bizdəbir nazir gedir, onun yerinə başqa biri təyin olunur. Forma dəyişir, məzmunsa dəyişməzqalır. Və hər gələn təzə nazir özünün tanıdığı adamları vəzifəyə gətirir. Təbiiki, bizdə belə bir ənənə çoxdan formalaşıb. Və bəzi təzə nazir də yenilik əvəzinəelə bir şey yaradır ki, ondan heç özü də bir şey anlamır. Və bəzi təzə nazirlərişi elə dolaşığa salır ki, keçmiş nazirin ölənlərinə rəhmət oxutdurur.

Sovetdönəmində "Mozalan” satirik televiziya jurnalı vardı. Həmin satiriktelejurnalda tez-tez maraqlı bir süjet göstərərdilər. Və bu gün də onu efirəçıxarırlar: xəstəxanaya yeni baş həkim təyin olunur. O da gələn kimi bütün həkimləriyığıb iclas keçirir, sıxma-boğmaya salır:

- Buranırüşvət mənbəyinə döndərmisiniz. Filan əməliyyatdan filan qədər, bəhmən əməliyyatdanbu qədər pul alırsınız. Yığmısınız camaatı boğaza. Tay sizin dövranınız bitdi.Bu gündən bir qəpik də xəstələrdən pul almayacaqsınız.

Yerdən həkimlərdənbiri yanında oturan ağ xalatlının qulağına pıçıldayır:

- Vay dədəmvay, uşaqlar acından qırılacaq!

Baş həkimyenidən dillənir:

- Həkiminyeri haradır?

Kabinetdəəyləşənlər bir ağızdan deyir:

- Xəstəninyanı!

Həkimgedəndə görürlər ki, onun xalatının yeddi-səkkiz cibi var. O dəqiqəbarmaqlarını dişləyirlər ki, təzə baş həkim elə-belə adam deyil. Rüşvətiüç-dörd dəfə qaldıracaq...

... Hərdəfə insanlar böyük ümid bəsləyir ki, təzə gələn vəzifə sahibi haqlı-ədalətliolacaq, qayda-qanun yaradacaq, təmiz işləyəcək. Ancaq yeni vəzifə sahiblərininçoxu isə özünün və ailəsinin mənafeyini fikirləşib köhnə bazara təzə nırxqoyur, hər şeyin qiymətini qaldırır, bir sözlə, qaz vurub qazan doldurur.

Bir lətifəyadımıza düşür. Yeni müdir işə gəlir və başlayır bir-bir köhnə işçiləri işdənçıxarmağa. Köhnə işçilərdən də ona yarınmaq üçün əldən-ayaqdan gedənlər olur.Yaltağın və xəbərçinin biri Zülümov kimiəyilə-əyilə onun kabinetinə girir. Müdir onu bəh-bəhlə qarşılayır vəsoruşur:

- Burdasavadlı və təmiz adamlar kimlərdi?

Yaltaqadamsa əyilmiş halda deyir:

-Hamısının adını bax, bu vərəqdə yazmışam.

Müdir vərəqəbaxır və gülümsəyir:

-Arxayın ol, onların hamısını rədd eləyəcəyəm! Səni də gətirib özümə müavinqoyacağam. Sənin kimi adamı mən göydə axtarırdım yerdə tapdım...

Bir müddətdənsonra müdir siyahıdakı o adamların hamısını işdən çıxarır, söz verdiyi adamısaözünə müavin təyin eləyir...

İndi çoxdil bilməkdən və digər üstünlüklərdən də öncəsi insanlarla onun öz dilindədanışmağı bacarmaqdı. Amma bu gün məmləkətimizdə, gəlin səmimi deyək, bir çox vəzifəsahibləri onların qəbuluna gələn, problemini çözmək istəyən insanlarla o dildədanışmağı bacarmırlar. Görürsən ki, kimsə vəzifəli şəxsin yanına gəlib dərdinidanışır, qəbulda olan vəzifəli şəxssəyanındakı digər vəzifəli adamla söhbət edir, danışanı dinləmir. Dərdinidanışan adam da görür ki, nəinki onun problemi həll ediləcək, heç şikayətinə dəqulaq asan yoxdur. O da bundan əsəbləşir, bir daha o məmurun yanına getmir...

Tanışlarımdanbiri deyir ki, rayonun icra başçısı sakinləri səyyar görüşlər zamanı qəbul edibdinləyirmiş. Və camaat da bir-bir öz dərd-sərindən danışırmış, qarşılaşdığıproblemi qaldırırmış. Axırda da görüş qurtarır və camaatın qaldırdığı problemlərinyazıldığı vərəq stolun üstündə qalır. Başçı gedir, ətrafındakılar da onunarxasınca çıxrlar. Birdən qəbulda olanlardan kimsə o vərəqi götürüb başçınınköməkçisinin dalınca qaçır. Deyir ki, ay oğul, yazdıqlarınız stolun üstündəqalıb. Köməkçi də xalaxətrin qalmasın vərəqi götürüb uzaqlaşmaqda olan başçınındalınca qaçır...

Camaatıngözünə kül üfürmək lazım deyil. Hər bir vəzifə sahibi yerində olsa, öz işinəvicdanla yanaşsa, insanlar da bu cür diqqətsizliklə üzləşməzlər və bir də heç kəsçörəyi qulağına yemir. Çünki hamı hər şeyi görür və bilir. Get, bir vəzifəli şəxsinqəbuluna, görüm a Məhəmməd kişi, o səni qəbul edəcək, yoxsa qəbul etməyəcək?! Hərdəfə köməkçisi səni bir vədlə yola verəcək.

Burdaböyük Üzeyir Hacıbəyovun bir felyetonu yadımıza düşür. Felyetonun məzmunu belədirki, bir zəhmətkeş adamı məmurlar çox incidir. Bir savadlı adam da ona məsləhətbilir ki, get, hökümət adamının yanına. O da gedir hökumət adamının yanına, dərdinidanışır, deyirlər ki, get, sabah gəl. Burdan əli üzüləndən sonra gedir ağanınyanına, ağa da onun bir dəfə üzünə tüpürür, iki dəfə də dədəsinin goruna söyür.Yenə savadlı adam ona yol göstərir ki, get dərdini intelligentə de, o da sənəkömək eləsin. Yazıq kişi gedir dərdini danışır o intelligentə. İntelligent dədeyir ki, beş yüz manat ver, sənin hüququnu qoruyum. Kişi ordan dilxor çıxıbdövlət adamının yanına gedib dərdini demək istəyir. Axır gedir onun qapısını döyür, nökər deyirki, kişi yatıb. Günorta gedir. Günorta da nökər deyir ki, kişi nahar eləyir.Axşam da gedir, nökər yenə dillənir ki, vallah, mən günahkar deyiləm kişi evdəyoxdu...

... Bax,belə! Onda da camaatın ağzını günə verirdilər, indi də bəzi məmurlar onunyanına gedənlərə Üzeyir bəyin sözü olmasın, "get, zavtra gəl” deyirlər. Allah sənə rəhmət eləsin, ay Üzeyir bəy! O vaxtdan bəriheç nə dəyişməyib. Hələ bir az da "get, zavtra gəl” deyənlərin sayı çoxalıb...


TƏQVİM / ARXİV