adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Dekabr 2018 15:36
18056
KRİMİNAL
A- A+

Lənkəran sakinlərindən ov tüfəngləri götürüldü

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qüdasar kənd sakinləri Qəhrəman Həşimovun evindən 1 ədəd "TOZ-16”, qardaşı Məmmədin evindən 1 ədəd "İJ-18” və Sarvan Həşimovun evindən 1 ədəd "İJ-17” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Araşdırma aparılır.