adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Dekabr 2018 15:17
9956
İDMAN
A- A+

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bilindi

Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri dəqiqləşib.

Adalet.az xəbər verir ki, cütlərin tərkibi dünən keçirilən 1/8 final oyunlarından sonra bəlli olub.

Dünən keçirilən matçlarda Premyer Liqa klubları I divizion komandalarını, gözlənildiyi kimi, böyük hesabla məğlub edib. Belə ki, "Sabah” "Ağsu”nu, "Keşlə” isə "Şüvəlan”ı 3:0, "Səbail” "Kəpəz”i və "Sumqayıt” "Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə, 1/4 finalda "Sabah” "Qəbələ”yə rəqib olub. "Sumqayıt” "Neftçi”, "Səbail” isə "Zirə” ilə görüşəcək. "Keşlə” isə "Qarabağ”la üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final oyunları dekabrın 15-16 və 19-20-də keçiriləcək.