adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
07 Dekabr 2018 14:28
4319
HADİSƏ
A- A+

Qəzaya düşən məktəblilərin vəziyyəti necədir?

Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş verən qəzada yaralanan şəxslərin vəziyyəti normaldır.

Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, onların yüngül əzikləri var: "Kliniki Tibbi Mərkəzdə müalicə alırlar. Vəziyyətləri normaldır. Sabah evə buraxılacaqlar".

Qeyd edək ki, 217 nömrəli tam orta məktəbin şagirdlərini aparan avtobus qəzaya uğrayıb. Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. 2 şagird və 2 valideyn ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.