Qız gətirməyə ev axtaran tələbələr - Ayxan Ayvaz yazır...

AYXAN AYVAZ
177107 | 2018-12-09 11:30

Adalet.az Ayxan Ayvazın "Tələbəhəyatı" yazısını təqdim edir. 

Gəlin,kirayə qalan tələbənin xarakterini çizməyə çalışaq:

Əvvəllən...Tələbənin tutacağı ev ucuz olmalıdır, yanında bir-iki nəfər şərik də mütləqdir.Qız gətirməyə ev sahibi razılıq verməlidir. Vayfay, televizor olmasa çətinqalmaq olar orda.

Boşalaniçki şüşələri...

Tələbənin yaşadığı evin miskinmənzərələrindən biri. Səhər dərsə tələsəndə yığılmamış yorğan-döşək də bumənzərənin tərkib hissəsidir. Evə qonaq gələndə tələbə tez-tələsik bu mənzərəniyığışdırıb dolabın içinə ya da, çarpayının altına doldurmaqda məharətlidir.Amma səhərisi gün ev doğma halına qayıtmalıdır. Tələbənin evi cəngəlliyixatırlatmalıdır axı. Başqa cür ola bilməz.

Ödənməyənişıq, qaz çekləri...

Tələbə bu çeklərdən bir kitabxana salabilər. Müxtəlif qiymətlər yazılmış çeklər dostlarla gülmək üçün ələ düşmüşyaxşı materialdır. Dərddən gülən tələbə axşam çeklərlə təkbətək qalanda dərinbir hüznə boğular. Rayondakı atasına zəng eləməkdən vaz keçər, çünki atalarəsəbidir, eynən dərsə gecikəndə qaşlarının ortası çatılmış müəllimlər kimi. Ənyaxşısı anadır. Onun hardasa gizlətdiyi, pis gün üçün saxladığı pullarvar.

Maraqlıbir əşya...

Tələbə qızların diqqətini çəkmək üçünyaşadığı evdə mütləq maraqlı bir əşya saxlayar. Qızları evə gətirmək üçünedilən unikal bir bəhanə. Görən, o əşya nədir elə? Göstərməz heç kimə, gərəkəşyanın olduğu yerə gedəsən. Sonradan xəyal qırıqlığı da ola bilər. Qıztələyə düşdüyünü anlayar. Amma artıq gecdir...

Yarımalma...

Soyuducuda tənha duracaq o yarım alma.Heç kim yeməyəcək onu. Nə vaxtsa dərsdən gəlib stolun üstündə almanı aşkarlayanac tələbə onu yarıya qədər yeyib soyuducuda həbs edəcək. Bu yarım almanın azadolacağı günü səbirsizliklə gözləyirik.

Çirkliqablar...

"Bu günün işini sabaha saxlama” düsturutələbə üçün tərsinədir. Çirkli qablar kimin üçün yuyulacaq ki? Çirkli qablaronun ruh halını ifadə etməyə yarayır. Yemək yemək üçün çirkli qabı yumağaehtiyac yoxdu. Qalaq-qalaq çirkli qabın içindən birini seçib yeməyi ora tökməktələbə üçün pintilik deyil, əksinə onun həyatının ən vacib atributlarından biridir.

Yeməkbişirmək

Tələbə yorğundur. Həmişə və hər zaman.Qonşular ona əl tutmaz, dostlar da ancaq ortalığı dağıtmaqla məşğuldur. Ənyaxşısı qayğanaqdır. Tava artıq yumurtanın yayılmasına öyrəncəlidir. Doğmalaşıbyumurta onun üçün.

Yenikəşflər

Bütün tələbələr dahidir. Şübhəsiz! İşıqpuluna görə işığı kəsiblər. Axşam da futbol var. Nə etməli? Tələbə üzbəüzdəkiqonşudan elektrik götürür. Birdən işıq yanır. Bu dəfə qaz yoxdur. Tələbə dəhəmişə ac. Yeməyi bişirmək tələbə üçün problem deyil. Ütü, ya da peç nə günədurur?

Tualetkağızları

Kağız qalmayıb artıq. Tələbənin günününçox hissəsi tualetdə keçir. Bəs bu kağız hara yoxa çıxır? Cin olub göyəçəkilmir ki? Tələbə telefonla qızlarla yazışa bilər, ya da mahnıya qulaq asar.Kağızların qətli sirr olaraq qalır.

Əşyalarınköçü

Tələbə əşyalarını çox sevər. Həm də oqədər sevər ki, bəzən onları xarab olmuş soyuducuya doldurar. Əşyalar hər günevin başqa-başqa yerlərinə köç edər. Bu köç dayanmaz.

Bu bir tələbənin həyatı...

TƏQVİM / ARXİV