adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Dekabr 2018 10:36
13834
DÜNYA
A- A+

Poroşenko Rusiya ilə sərhədə ordu yığır

Ukrayna Rusiya ilə sərhəddə öz ordusunun sayını artırır.

Adalet.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində Ukrayna Prezidenti Pyotr Poroşenko paylaşıb. O bu addımı ölkənin müdafiə imkanlarının gücləndirilməsi üçün atdıqlarını bildirib.

Qeyd edək ki, Kerç insidenti ilə əlaqədar Ukraynanın 10 vilayətində hərbi vəziyyət elan olunub. Hərbi vəziyyətin 30 gün müddətində davam edəcəyi bildirilib.