Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Fermada yaşayan məcburi köçkünün problemi araşdırıldı Adalet.az | Fermada yaşayan məcburi köçkünün problemi araşdırıldı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Fermada yaşayan məcburi köçkünün problemi araşdırıldı

2313    |   2018-12-06 16:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Laçın rayonu Qorçu kəndindən məcburi köçkün, Bərdə rayon Xəsili kəndində Quşçuluq fermasında məskunlaşmış Şahverdiyev İnşallah Fətullah oğlunun yaşayış şəraitinin olmaması və ünvanlı dövlət sosial yardımı ilə əlaqədar sosial şəbəkə vasitəsilə müraciəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, vətəndaşın ailəsi altı nəfərdən ibarətdir: "Ailə üzvlərindən iki nəfəri II qrup əlilliyi olan şəxs, digər iki üzvü isə əmək qabiliyyətli olsa da heç bir yerdə işləmirlər. Bu səbəbdən ünvanlı dövlət sosial yardımı ala bilmirlər. Bununla bağlı vətəndaşa qanunvericilik ətraflı izah edilib".

İ.Şahverdiyev həmçinin bildirib ki, sayğacı olmadığı üçün elektrik enerjisindən istifadə edə bilmirlər. Vətəndaşın mənzilinin sayğac və elektirik enerjisi ilə təmin edilməsi üçün aidiyyəti qurumla danışıqlar aparılıb. Dekabrın 4-də sayğacın quraşdırılması və elektriklə təmin olunması həyata keçirilib. Eyni zamanda ailənin əmək qabiliyyətli üzvlərinin işlə təmin edilməsi, özünüməşğulluq proqramına qoşulması üçün müvafiq işlər aparılır. İ.Şahverdiyev bu proqrama qoşulmaqla yaxın vaxtlarda təlimlərdə iştirak edəcək.




İmza:

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA

Nazir müavini: Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib

Sabah külək güclənəcək - PROQNOZ

Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL

Bu il 50 mindən artıq insan işlə təmin olunub

İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqlənib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd təlim məqsədli tank əleyhinə mina aşkarlanıb

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK