adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Dekabr 2018 16:34
3801
HADİSƏ
A- A+

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlandı

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.

Bu haqda Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Adalet.az-a bildirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 250D” markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü” gömrük postunda saxlanılıb.

Şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində 1 ədəd "Samsung”, 56 ədəd "X-inova”, 28 ədəd "NYHN”, 21 ədəd "Kgtel” və 19 ədəd "Odscn” markalı mobil telefon aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.