adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Dekabr 2018 16:20
8679
MƏMLƏKƏT
A- A+

Masazır və Məhəmmədinin işıq problemi həll olundu

"Abşeron rayonu Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaqlar”.

Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

"Azərişıq" rəsmisi deyib ki, Xırdalan şəhəri, Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş "Məhəmmədi” 35/10 kV-luq yarımstansiyasında adıçəkilən qəsəbələrin əlaqələndirici xəttləri yenilənir: "Yəni istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılır. Əhali istehlakçı qrupları tam dayanıqlı fasiləsiz 24 saatlıq elektrik enerjisi təchizatı ilə təmin olunacaq”.

T.Mustafeyev, həmçinin qeyd edib ki, bu ərazilərdə hava şəraiti imkan verdikcə son aylarda əlaqələndirici xəttlər yenilənir: "400-ə yaxın dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Hava elektrik xəttləri yeraltı kabel xəttlərlə və xüsusən, özünü daşıyan izolyasiya kabel xəttləri ilə əvəzlənir.

Masazır qəsəbəsində yeni inşa olunmuş 35 kV-luq yarımstansiyasından da əlaqələndirici xəttlər qidalanacaq.
Nəticədə Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaq”.

ASC rəsmisinin sözlərinə görə, Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunacaq.