Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” Adalet.az | Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azay Quliyevdən irad: “Münaqişənin adını doğru ifadə edin”

1971    |   2018-12-06 16:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib. Milli Məclisin deputatı, ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev ATƏT PA-nın Prosedur qaydaları və iş praktikası üzrə alt Komitənin sədri, ATƏT PA-nın vitse-prezidenti lord Piter Bounesə məruzəsində ATƏT ərazisində uzanan münaqişələrin həllinin vacibliyi məsələsinə toxunduğuna görə təşəkkür edib.

Azay Quliyev Azərbaycanın ərazisində mövcud olan münaqişənin məruzədə "Dağlıq Qarabağ münaqişəsi” adlandırılmasına etirazını bildirib.

"Fikrimcə Ermənistan və Azərbaycan arasında münaqişənin adında əhəmiyyətli bir düzəliş etmək kifayət qədər zəruridir. İki ölkə arasında davam edən münaqişəyə nə siyasi, nə hüquqi, nə də coğrafi baxımdan Dağlıq Qarabağ münaqişəsi demək düzgün və anlaşılan deyil. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və Ermənistan bu ərazini və Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan digər 7 ətraf rayonla birlikdə 25 ildir işğal altında saxlayır. Münaqişənin mahiyyətinə görə onu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi adlandırmaq daha doğrudur. Məhz elə bu səbəbdən münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycan liderləri arasında uzun illərdir danışıqlar aparılır. Ona görə xahiş edərdim ki, bu səhv aradan qaldırılsın və ATƏT PA-nın bundan sonrakı sənədlərində münaqişə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” kimi qeyd edilsin. Bu düzəliş bir çox sui-istifadələrin və siyasi manipulyasiyaların qarşısını almaq üçün də çox önəmlidir".

ATƏT PA-nın prezidenti Corc Sereteli, ATƏT PA-nın vitse-prezidenti Lord Piter Bouness və ATƏT PA-nın Baş Katibi Roberto Montello Azay Quliyevin iradı ilə razılaşdıqlarını və bundan sonrakı sənədlərdə bu düzəlişi nəzərə alacaqlarını bildiriblər. Daha sonra ATƏT PA-nın prezidenti Nazirlər Şurasının iclasında çıxışı zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi terminindən istifadə edib.




İmza:

Hikmət Hacıyev: “Bakı regionun “diplomatik paytaxtı”dır”

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

Fransada olan azərbaycanlı deputat Strasburq terrorundan DANIŞDI

XİN-dən generalların Bakı görüşünə münasibət

Nazir: "Azərbaycan və Pakistan beynəlxalq və regional təşkilatlar çərçivəsində..."

Çavuşoğlu Azərbaycana səfər edəcək

Vyetnamda Heydər Əliyevlə bağlı kitab təqdim edildi

Milli Məclisin komitələrinin səlahiyyəti artırılır

Siyavuş Novruzov: "Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə.."

XİN: Türkiyə Fransada aksiyaların dayandırılmasının lehinədir

Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiq edib

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK