Milyon dollarlıq raket qəzaya uğradı
Beynəlxalq Kosmik Stansiyasına ərzaq, emtia və elmi ləvazimatlar olan "Dragon"u daşıyan "SpaceX Falcon" raketi geri qayıdarkən qəzaya uğrayıb.
Adalet.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə "SpaceX" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Dragon" yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) 2,6 ton yük çatdırmalıdır.
"SpaceX" şirkətinin məlumatına görə, "Falcon 9" raket daşıyıcısı "Dragon" yük gəmisini BKS-ə buraxdıqdan sonra Florida kosmadromuna geri qayıdan zaman Atlantik okeanına düşüb.
Şirkət rəhbəri İlon Mask "Twitter"də yazıb ki, raket daşıyıcısının uğursuz enişi hidravlik nasosdakı problemlə bağlı olub.
Digər Xəbərlər
24 Aprel 2024 20:46