Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Faiq QİSMƏTOĞLU: KƏND YUMURTASI NİYƏ QƏHƏTƏ ÇIXIB? Adalet.az | Faiq QİSMƏTOĞLU: KƏND YUMURTASI NİYƏ QƏHƏTƏ ÇIXIB? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: KƏND YUMURTASI NİYƏ QƏHƏTƏ ÇIXIB?

2353    |   2018-12-06 13:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Biz uşaq olanda belə sual verirdilər: "Toyuq dünyaya əvvəl gəlib, yoxsa yumurta?” Bu sualın qarşısında kəkələyə-kəkələyə qalardıq, ya deyərdik, yumurta, ya da çaşdığımızı hiss edib toyuğun adını verərdik. Sualı verən də bizim həyəcandan qantərə batdığımızı hiss edib gülə-gülə "heç mənim özüm də bilmirəm ki, bunun hansı əvvəl dünyaya gəlib” - deyərdi.

Yumurtanın və toyuğun yarandığı bu günə qədər çox baş sındırırlar, hələ də o sualın cavabını tapa bilmirlər. Mən də "Tarixi-nadir”i oxumasam da, bu zarafat və yumorla verilmiş sualın cavabını bu gün də axtarıram, tapa bilmirəm ki, bilmirəm.

Yumurtadan o qədər də xoşum gəlmir. Amma mamam oğlu Tehranın kənd yumurtasından çox xoşu gəlir. Məsələn, səhər-səhər o, 4-5 kənd yumurtasını qayqanaq elətdirib vurur bədənə. Maşallah, indi 65 yaşı var, elə bil cavan oğlandır. O gün bizə gəlmişdi, şor, pendir, nehrə yağı, kənd toyuğu, 50-dən də çox kənd yumurtası gətirmişdi. Həyat yoldaşım dedi ki, qoy Tehranın gətirdiyi yumurtadan bir-ikisini qlazoq eləyim, verim ye, zəifləmisən. Nə vaxta qədər qara çörəklə şor yeyəcəksən? Heç beş dəqiqə keçmədi ki, "qlazoq”u gətirdi, qoydu masanın üstünə. Mən də o "qlazoq”u yedim və gözümə işıq gəldi. Düşündüm ki, mamaoğlu Tehran çox ağıllı adammış və ağzının dadını yaxşı bilirmiş.

Ancaq deyəsən ağzının dadını yaxşi bilib kənd yumurtası yeyənlərin işi düyünə düşüb axı. Belə ki, bu gün həm kənd yumurtalarının qiyməti qalxıb, həm də sayı azalıb. Mənim bir qonşum var, hər gün yumurta yeməsə ürəyi partlayar. Məhəlləmizə də həftənin 3-cü və 6-cı günləri Sabirabaddan bir kişi satmaq üçün kənd təsərrüfatı məhsulları və o cümlədən kənd yumurtası gətirir. Qonşum gedib bu gün yumurta almağa, o kişi deyib ki, qurtarıb, özü də qiymətlər qalxıb. Qonşum da kor-peşman evə qaydıb və yumurta yeməyib. Mən də bu xəbəri eşidən kimi mamam oğlunun gətirdiyi yumurtadan onunu ona pay göndərdim. Qonşum da səhər-səhər yumurtanın ikisini ilıq bişirtdirib yeyərək işə gedib. Zəng vurub dedi ki, müəllim, çox sağ ol, gözlərimə işıq gəldi. İndi tanışlarımdan biri söz verib ki, həftənin axırı mənə 40-50 kənd yumurtası göndərəcək.

Kənd yumurtasının qəhətə çıxmasının və qiymətininin bahalaşmasını mütəxəssislər onunla izah edirlər ki, payız və qış mövsümündə kənd toyuğu az yumurtlayır. Həmin toyuqların çox yumurtlaması üçün yaxşı qulluq edilməlidir. Yəni soyuq havalarda yerləri isti olmalı, lazımi vaxtda həyət-bacaya buraxılmalı, vitaminli yemlər verilməlidir. Bizdə kənd yerlərində payız və qış mövsümündə toyuqlara yaxşı qulluq göstərilmədiyi üçün onlar gec yumurta verir. Gərək bunu hər bir təsərrüfat adamı, toyuq-cücə saxlayan insan yaxşı-yaxşı dəyərləndirsin.

Bəzən görürsən ki, zəhmət çəkən qalır qıraqda, bəzi alverçilər yumurtanı 15 qəpiyə alıb 35 qəpiyə satırlar. Artıq bunu bir çox kənd adamları yaxşı bilirlər. Ona görə də əziyyət çəkən daha çox xeyir görmək üçün özü birbaşa yumurtanı bazara çıxarır, 35 qəpiyə yox, 20-25 qəpiyə satır. Hər halda, kənd adamları mövsümə uyğun yol tapsalar, nə yumurta qıtlığı yaranar, nə də qiymətlər qalxar.




İmza:

Bakı Meriyası Atatürk parkındakı bəzi obyektlərə dəyməyəcək - AÇIQLAMA

Nazir müavini: Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək

Yol polisi texniki baxışa görə sürücülərə MÜRACİƏT etdi - Qaydalar dəyişib

Sabah külək güclənəcək - PROQNOZ

Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi

Gələn il kişilərin və qadınların pensiya yaşı belə olacaq - CƏDVƏL

Bu il 50 mindən artıq insan işlə təmin olunub

İndiyədək 2338 şəhidin varisinə birdəfəlik ödəmə qərarı təsdiqlənib

Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi

Rövşən Rzayev köçkünləri qəbul etdi

Orta məktəbin həyətində 2 ədəd təlim məqsədli tank əleyhinə mina aşkarlanıb

Hisə verilmiş təhlükəli ət məhsulları hazırlayanlar yaxalandı

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK