adalet.az header logo
  • Bakı 18°C
06 Dekabr 2018 13:39
13584
ƏDƏBİYYAT
A- A+

AĞRILI ANIN ŞEİRİ - Əbülfət Mədətoğludan yeni şeir

Dərdi bədbəxt etmişəm
könlümə köçürəndən...
Ayağına getmişəm -
könlümdən keçirəndən ...

Baxmışam ki , yol dardı
uçurumdu ... və qardı...
Amma neçə dərd vardı -
hamısı keçir məndən!..

Ömrüm . özüm önündə
hansısa bir dönümdə ...
Yaşamağım könlündə -
aslıdı köçürməndən...

Bil ki sevinc almaram
alıb dərdə salmaram...
Gileyli də qalmaram -
ümidi keçirəndən!..