Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ATƏT PA girovlarla bağlı “hamının-hamıya” təklifini dəstəklədi Adalet.az | ATƏT PA girovlarla bağlı “hamının-hamıya” təklifini dəstəklədi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

ATƏT PA girovlarla bağlı “hamının-hamıya” təklifini dəstəklədi

1792    |   2018-12-06 13:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 5-də Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib.

İclasda Milli Məclisin deputatı, ATƏT PA-nın vitse –prezidenti Azay Quliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən qeydə aldığı əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsinə dair Azərbaycan tərəfinin irəli sürdüyü təşəbbüsü Büro üzvlərinin diqqqətinə çatdırıb.


 Azay Quliyev bildirib ki, "Azərbaycanın bu təşəbbüsü çox humanist bir yanaşmadır və bu təşəbbüsün ATƏT PA tərəfindən dəstəklənməsi üçün kifayət qədər əsaslar var. Təşəbbüsün reallaşması münaqişə tərəfləri arasında müəyyən bir etimad mühitini yaratmaq və sülh danışıqlarında müsbət irəliləyişə nail olmaq üçün müsbət rol oynaya bilər. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi Azərbaycanın göstərdiyi xoş məramı düzgün qiymətləndirməlidir və danışıqlar üçün yaxşı şərait yarada biləcək bu nadir şansı qaçırmamalıdır. Buna görə Prezident Tseretelini və Büro üzvlərini bu təşəbbüsü dəstəkləməyə və məsələni Assambleyanın əsas siyasi gündəmində saxlamağa çağırıram”.


Azay Quliyev həmçinin xatırladıb ki, 4 ildir qanunsuz olaraq girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasına kömək etmək məqsədilə Parlament Assambleyasının Demokratiya, İnsan haqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri xanım Marqareta Kiner Nellenə rəsmi məktubla müraciət edib və məsələyə insan hüquqlarının kobud şəkildə pozulması prizmasından qiymət verməyi xahiş edib.


ATƏT PA-nın prezidenti Corc Sereteli Azərbaycanın bu təşəbbüsünü təqdir etdiyini bildirib və bu məsələnin həlli istiqamətində müvafiq addımlar atacağını qeyd edib.




İmza:

Hikmət Hacıyev: “Bakı regionun “diplomatik paytaxtı”dır”

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

Fransada olan azərbaycanlı deputat Strasburq terrorundan DANIŞDI

XİN-dən generalların Bakı görüşünə münasibət

Nazir: "Azərbaycan və Pakistan beynəlxalq və regional təşkilatlar çərçivəsində..."

Çavuşoğlu Azərbaycana səfər edəcək

Vyetnamda Heydər Əliyevlə bağlı kitab təqdim edildi

Milli Məclisin komitələrinin səlahiyyəti artırılır

Siyavuş Novruzov: "Dahi şəxsiyyət Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirməklə.."

XİN: Türkiyə Fransada aksiyaların dayandırılmasının lehinədir

Ərdoğan Türkiyə və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığa dair sənədi təsdiq edib

YAP Gəncə şəhər təşkilatında Heydər Əliyevin xatirəsi anılıb

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK