adalet.az header logo
  • Bakı 12°C
06 Dekabr 2018 10:02
14686
ƏDƏBİYYAT
A- A+

UNUDULMAYAN GÜN

Gədəbəy: 3 dekabr. Həmin gün respublikamızın hər yerində Beynəlxalq Əlillər Günü təntənə ilə qeyd edilmişdir. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Musayevin təşəbbüsü və təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrının bir qrup aktyoru rayon ictimaiyyətinin qonağı olmuşdur. kollektivin bu səfərinin özəlliyi onda idi ki, gəncəli şair, nasir və dramaturq, Prezident təqaüdçüsü, I qrup əlil Ofelya Mədətqızının əlillərin həyatından bəhs edən "Sevgi ölmür" pyesi rayon ictimaiyyətinin və əlillərin qarşısında tamaşaya qoyulacaqdı.
Rayon icra hakimiyyətinin nümayəndələrinin, ziyalıların və əlillərin toplandığı rayon mədəniyyət evinin zalında qələbəlik idi. Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı cənab İbrahim Mustafayev giriş sözü ilə açdı. Sonra teatrın direktoru Əli Qasımov Ofelya Mədətqızının həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi.
Tamaşa başlandı. Hər şəkildə alqışlar salonu bürüyürdü. Tamaşa sona yetdikdən sonra müəllif və teatrın yaradıcı kollektivi alqış sədaları altında səhnəyə dəvət olundular.
Alqış sədaları səngimək bilmirdi. Bir əlil qadına - müəllif Ofelya Mədətqızına bu sevinci yaşatmaq üçün daha nələr olundu. Müəllifin də, qəhrəmanların həyatının səhnə təcəssümünü ifadə edən rejissor Elşad Əhmədov, əməkdar aktyorlar Salamulla İsmayılov (həkim), Seda Orucova (Sara), Rəhilə Məmmədova (qız anası), Sevinc Hüseynova (Lalə), Günay Verdiyeva (Nərgiz), Ruslan Hüseynov (Cəfər), Murad Meyfəliyevin (Rüstəm) də sevinclərinin həddi-hüdudunun olmadığı gözlərindən oxunurdu. Əlbəttə, müəllif üçün bu əlçatmaz zirvədir. Çünki, pyes müəllifin real həyatından bəhs olunurdu. O.Mədətqızı tamaşanın təşkilatçılarına və iştirakçılarına üz tutaraq dedi:
- "Əlil" ifadəsi qəlbimizdə müəyyən ürəkağrıdıcı emosiyalar yaratsa da, bu, heç də bədbəxtçilik anlamını ifadə etmir. Çünki, əlil olan insanların da özünəməxsus istək, arzuları vardır. Onlar da cəmiyyətin bir üzvü kimi həyatda öz yerlərini tutmağa səy göstərirlər. Möhkəm iradə, əzm nümayiş etdirərək çox zaman məqsədlərinə nail olurlar. Mənə göstərilən bu qayğı və diqqətə görə sizlərin hər birinizə sonsuz minnətdaram!. Tamaşadan sonra icra başçısının təşəbbüsü ilə Gədəbəy əlillərinə, teatrın kollektivinə Şadlıq sarayında 150 nəfərlik ziyafət verildi.
Ziyafətdə də bayram əhval-ruhiyyəli şənlik davam etdi. Rəngarəng rəqslər, musiqi nömrələri bir-birini əvəzlədi. Maraqlı çıxışlar, söhbətlər Əlillər Gününə yeni, unudulmaz anlar bəxş etdi. Xatirə şəkilləri çəkildig
Həmin gün qonaqların və tədbir iştirakçılarının yaddaşlarında silinməz izlər həkk etdi. Müdriklər demiş, "qollu-budaqlı çinar əzəmətli görünür və təbiətin bütün tufanlarına sinə gərir!".
***

Səhəri gün, O.Mədətqızının "Sevgi ölmür" pyesinin tamaşası Gəncə Dövlət Dram Teatrının səhnəsində şəhər ictimaiyyətinin, ziyalılarının qarşısında oynanılmışdır. Burada da müəllifin, rejissor və aktyorların çıxışları sürəkli alqışlarla qarşılanmışdır. Müəllif təşkilatçılara sonsuz minnətdarlığını bildirmişdir.