Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "Foto və Söz" Adalet.az | "Foto və Söz" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"Foto və Söz"

1361    |   2018-12-06 09:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər iki sahənin peşəkarlarından sayılan Şirməmməd Nəzərlinin yeni kitabı
BDU-nun 100 illik yubileyinə bir hədiyyədir

Foto və Söz haqqında bir kitab çapdan çıxıb. Nə yaxşı ki, bunu Şirməmməd Nəzərli qələmə alıb. Çünki bu iki ayrı-ayrı sahədən yazmağa da, danışmağa da haqqı olanlardandır.
Şirməmməd Nəzərli Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor, Jurnalistlər Birliyi İdarə Heyətində baş məsləhətçi kimi çalışıb. Uzun illərdir ki, imzası müxtəlif qəzet və jurnallarda, saytlarda maraqla oxunur. Bədii əsərlərindən və tərcümələrindən ibarət 14 kitabı bu günə kimi işıq üzü görüb, pyesləri ölkənin müxtəlif teatrlarında uğurla tamaşaya qoyulub.
Jurnalist Şirməmməd Nəzərli həm də peşəkar fotoqrafdır, indiyə kimi Bakıda 5 fərdi foto-sərgisi olub. 2014-cü ilin dekabrında rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda təşkil edilən "Azərbaycan rəssamlarının foto portretləri" adlı sərgisində 55 rəssamın böyük ölçüdə foto portreti nümayiş etdirilib və maraqla qarşılanıb. Azərbaycan Fotoqrafçılar Birliyi həmin il onu xüsusi mükafata layiq görüb.
Uğurlu yaradıcılıq işlərinə görə "Humay" Milli Mükafatı qazanan Şirməmməd Nəzərli "Foto və Söz" adlı bu yeni kitabında sözlə fotonun vəhdətini jurnalistika nəzəriyyəsi və öz təcrübəsi əsasında çəkdiyi fotolar vasitəsilə təqdim edir. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov kitaba "Foto və söz hörgüsü" adlı "Ön söz" yazıb.
"Foto və söz hörgüsü" ilə qısaca tanış olaq: "Universitetlərdə Jurnalistika fakültələrinin tələbələri, foto işi ilə maraqlanan hər bir həvəskar fotoqraf və ümumiyyətlə geniş oxucu kütləsi üçün faydalı olacaq maraqlı bir kitab qarşınızdadır. Bu maraq şübhəsiz ki, nəşrin adı ilə başlayır: "Foto və Söz".
Əsllində foto və söz ayrı-ayrı sahələr olsa da, müəllif bu məvhumların birləşə biləcəyi məqamı oxuculara çatdırmağa səy edib. Mən deyərdim ki, məqsədinə də tam nail olub. Çünki arxasında yarım əsrə yaxın jurnalist təcrübəsi, roman, pyes, hekayə, tərcümə işləri, publisistikadan ibarət 10 kitab nəşr təcrübəsi olan və foto aparatı ilə hələ tələbəlik illərindən qurduğu təmas Şirməmməd Nəzərliyə "Foto və Söz" əsərini yazmaqda əsl təcrübə bazası rolunu oynayıb. Rəqəmsal texnologiyanın hamıya əlçatan olduğu bir dövr, foto aparatının, bahalı mobil telefonların əhali arasında ən çox yayılan texniki vasitə olduğu nəzərə alınsa, fotojurnalistin və ya bu sənətə yiyələnmək istəyən gəncin yaranmış vəziyyətlə bağlı istiqamət, məsləhət, informasiya... almaq zəruriliyi aydınlaşar.
Konkret peşə sahibləri- fotojurnalistlərin illərlə formalaşdıra bildikləri sənəti dəyərləndirilməsi yönündə qarşılaşdıqları problemlər də kitabda çözülür və bu vəziyyətə aydınlıq gətirilir- onların mətbuatımızda rolu əvəzolunmazdır.
Kitabda miladi tarixi ilə 965-1039-cu illərdə yaşamış məşhur müsəlman alim, bəsrəli Əbu Əli əl-Həsən ibn əl-Heysəmin icad etdiyi "işıqla yazan" (indiki fotoaparatların rüşeymi) qurğusunun yaranışından başlayıb bu günün mükəmməl foto kameralarına qədər tarixi dövr barədə qısa məlumat verilir...
...Kitabın dəyərini artıran cəhətlərdən başlıcası bugünkü mediada foto ilə sözün vəhdətinin açılmasıdır. Şirməmməd Nəzərli öz təcrübəsinə, dünya foto ustalarının irsinə, tanınmış fotojurnalistlərin əməyinə istinadən fotoqrafiyada SÖZÜN rolunu qabartmaq yollarını aydınlaşdırır. O, bir foto müəllifinin digər yaradıcılıq sahələrinə yönələ biləcəyini əyani misallarla, yəni öz bədii yaradıcılığı timsalında göstərir. Həmçinin reportaj, portret, mənzərə, və digər foto janrlarından bəhs edərkən özünün çəkdiyi foto nümunələrini əyani vəsait qismində təqdim edir. Kitabda müəllifin bu cür foto nümunələrinin sayı 170-dən çoxdur...
... Foto ilə jurnalist sözünün vəhdətinə dəyər verib, bu sintezin əhəmiyyətini nəzərə alaraq qarşınızdakı kitabın nəşrini reallaşdıran Azərbaycan Milli Elmlər Akademiyası rəhbərliyinin nəcib addımı isə xüsusi dəyərləndirilməlidir". Şirməmməd Nəzərlinin bu kitabında "Dünya fotoqrafiya tarixindən", "Azərbaycanda fotoqrafiya", "Yaxşı fotoqrafiyanın sirləri", "Foto nə verir?", "Fotoqrafiya aləmindən maraqlı faktlar" və s. bölmələr maraqla qarşılanır.
Müəllif milli fotoqrafiya tarixində iz qoyan Əzizbala Hacıyev, Mirfazil Mirmövsümov, Mircavad Axundzadə, Faiq Rəcəbli, Hüseyn Hüseynzadə, Akif Ağayev, Elxan Kərimov, Oqtay Məmmədov və başqaları haqqında da maraqlı məlumatlar verir.
Kitabın redaktoru Esmira Ağababaqızı, rəyçiləri isə BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğludur.
BDU Jurnalistika fakültəsinin Elmi Şurası kitabı metodik vəsait kimi tövsiyə edib. Yeri gəlmişkən, Şirməmməd Nəzərlinin bu yeni kitabı məzunu olduğu BDU-nun 100 illik yubileyinə bir hədiyyəsidir.
Etibar CƏBRAYILOĞLU


İmza:
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK