Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | ƏRDƏŞƏVİ KƏNDİ Adalet.az | ƏRDƏŞƏVİ KƏNDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ƏRDƏŞƏVİ KƏNDİ

1536    |   2018-12-06 09:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

və yaxud da Ardaşı, Ərdəşi, Ər evi və Ərdəşəvililər

(əvvəli ötən saylarımızda)

Təbiətdə isə insanların qidalanma və müalicəsi üçün istifadə etdiyi baldırğan, şoşan, qırxbuğum, qırxbizik, çaşur, xəzəz, gicitkən, quzuqulağı, qoyunqulağı, yarpız, yemilik, anduz, dağ keşnişi, nanə, dəvədabanı, göbələk, qaymaqçiçəyi, çilədağı kimi bitkilər bitərdi.
Qafqaz Albaniyasının fəaliyyət göstərdiyi dövrlərdə bu yerlər insanların yaşayış məskəni olmuşdur. Fauna və floranın geniş yayılması, insanların bundan kortəbii şəkildə istifadə etməsi, baş verən hadisələrin tarixə çevrilməsi, nəsillərdən nəsillərə ötürülməsi zərurəti yaratmışdı. Bizə kimi gəlib çatması maraq dünyamızın artmasına səbəb olmuşdu. Belə hadisələrin izi ilə "fingə" sözünün mənasını çox mənbələrdə axtardıq. Fars mənşəli söz olmaqla, burada çox dərman bitkilərinin bitdiyi, çox ov heyvanlarının yaşadığı məkan mənasında işlədilməsi və yaranmasına gətirib çıxarmışdı.
Burada yaşayan türk mənşəli sakinlərin yaşaması onların məşğuliyyəti, adət-ənənəsi bu gün də davam etməkdədir. Tanrıverdi kişinin obası da deyiblər bu yerlərə. Onun Xudum, Xurşud, Əkbər adlı oğlanları olur. Pəhləvan cüssəli, qorxmaz, igid, zəhmətkeş, qoçaq olduqları üçün də yaxşı yaşayırlar. Əsas məşğulluqları heyvandarlıq olmuşdur. Tanrıverdi kişi onları lap uşaqlıqdan əməksevər yetişdirmişdir. Uşaqlıq çağlarından at minməyi, çapmağı öyrənmişdilər. Xam atları, dayçaları, qulanları özlərinə tabe edə bilirdilər, atların çaparağında belinə qalxaraq, yalından tutaraq yorulana kimi çapırdılar. Qardaşlar atlanıb əraziləri gəzərmişlər, yaylaqları, əkin üçün torpaq sahələri müəyyən edərmişlər. Onların ayaq basdıqları yerlərə hər adam gələ bilməzmiş. Əmək, zəhmət vərdişləri onların daha da firavan yaşamalarına gətirib çıxarır. Xeyli mal-qaraları, qoyun-keçiləri, atları əkin üçün torpaq sahələri olur. Yük daşıma, uzaq yerlərə gedib-gəlmək üçün atlardan istifadə edərdilər. At ilxısının olması işlərini daha yüngülləşdirirdi.
Bir dəfə ata baxan nökər-naib gəlib giley-güzar edir ki, ilxının içində bir baş ayğır var. O, ipə-sapa satmır, atlara göz verir, işıq vermir. Bir dəfə mehtərə hücum edir, onun çiynindən dişləyir. Sahibi Xudum ayğırı tutub o ki var çapır. At yorulmaq bilmədən hərəkət edir, kişnəyir səs-küy salmağında davam edir. Xudum ayğırı cəzalandırmaq fikrinə düşür. Onun ayaqlarına buxov, cidar vurur və daşlı, çınqıllı Sarıcalı, Qoruqdərəsi adlı sahəyə aparır və buraxır. At xeyli müddət burada ac, susuz qalır. O, yenə də sakitləşmir, kişnəyərək ayaqlarını yerə döyməyə davam edir. Səhərisi baxıb görürlər ki, gecələr canavarlar ata hücum ediblər, at da özünü müdafiə edərək onları şil-küt edərək leş-leşə düzübdür. At yaralı olsa da, yenə sakit dayanmır. Kişnəməsində, ayaqlarını yerə döyməyində davam edir. Ayğır o qədər ayaqlarını yerə döyür ki, durduğu yerdə olan daşlar, çınqıllar o yan, bu yana təmizlənir və torpaqda çalalar əmələ gəlir. Döyənək olan yerdə böyük çala əmələ gəlir. Deyilənlərə görə Ayğırın aclığı, susuzluğu heç kimin yadına belə düşmür.
Dünyada bütün canlıları yaradan Allah-təala həmin ayğırın çəkdiyi əzab-əziyyətlərdən agah olur. Ayğırın ayaqlarını yerə, torpağa döyərək imdad istəməsi, döyənək ayaq yerlərindən torpağından üst qatına suyun qaynayaraq çıxması, atın isə doyunca su içməsi möcüzə kimi yadda qalır. O gündən bu günə kimi, həmin su mənbəyi Ayğır bulağı adlanır. Belə olmuş hadisələrə çox rast gəlmək olar. Bu hadisəni eşidənlər gözləri ilə görmək üçün, şahidi olmaq üçün bura gəlməli olurlar. Gözlənilmədən bu yerdən təsadüfən su çıxması möcüzə kimi qəbul olunur. Müalicə əhəmiyyətli Ayğır bulağı neçə-neçə adamlara şəfa vermişdi. Mədə-bağırsaq, dəri xəstəliklərinin müalicəsi istifadə olunurdu.
Fingə kəndinin yaxınlığında inam, inanc yeri - Pir vardı. Burada yaşayan sakinlər türk mənşəli olduqları üçün onu təsdiq edir ki, onların adət və ənənələrindən biri də Allah-təalaya inancı, etiqadları olmasıdır. Hər il yaz gələndə torpaqlar isinəndə, əkin üçün bu yerə, Pirə ibadətə gələrmişlər. Qurbanlar kəsilərmiş, elə buradaca yemək bişirib təam qəbul edəndən sonra qalan heyvan ətini eldə, obada imkansız, kasıb-kusublara pay verərmişlər və öz işlərinin arxasınca davam edərmişlər. Kiminsə arzusu, niyyəti olanda, Pirə nəzir deyərmişlər. Həmin gün el-oba Pirə gələrmişlər. Xudum isə hər il Qurban bayramında cöngə kəsərmiş.
Xudumun ailəsində Əkbər, Əhliyyət, Qənəhət adlı oğlanları, Həsrət və Rəxşəndə adlı qızları olmuşdur. Onlardan da Müstəcəb, Həzirətqulu, Mürsəl, Sevindik adlı uşaqları anadan olmuşdular.
Kameral müşahidələr zamanı məlum olmuşdu ki, burada 18 ailədə, 184 nəfər - 89 kişi, 95 qadın yaşamışdır. Xudum öz yaşayış evini digər evlərdən fərqləndirmək üçün kürsülü, böyük ev tikdirir. Onun ailəsi qonaqlı-qaralı olduğu üçün evinin üstündə bir ağac basdırılıb və bayraq asılarmış. Ona görə də o ev, ailə obada seçilərmiş. Qorqundağ dağlarının ətəklərində Fingə, Yal, Qozlu, Aşağı Qozlu, Təzəkənd, Qaynar bulaq, Haqnəzər, Ərdəşəvi və Dərəkənd kəndləri çox qədim tarixə malik yaşayış məskənləri olmuşdur.
Fingə kəndində 1992-ci ildə 88 ailədə 360 nəfərdən ibarət sakin yaşayırdı. Burada kənd məktəbi, kitabxana, mağaza xidmət göstərirdi. Qarabağ hadisələri ilə əlaqədar olaraq, kənd sakinləri məcburi köçkün həyatı yaşayırlar. 180 ailə - 720 nəfər fingəlilər və Qozlu kənd sakinləri Respublikamızın müxtəlif bölgələrinə səpələnmişdilər. Fingəlilər əsasən, Ağcabədi rayonu ərazisində Taxta körpü yaşayış massivində məskunlaşıblar. Fingə obasında sakinlər əsasən, heyvandarlıqla, əkinçiliklə məşğul olurlar.
Kəndlərin yaranma tarixi haqqında məlumatları toplamağa Təzəkənd kənd sakini, 120 yaşlı Həsən Süleymanovun və Fingə kənd sakini Xudumun şəcərəsinin davamçısı Vahid Xudum oğlu Xurşudovun söhbətləri köməyimizə gəldi. Həsən babaya "Allah-təala rəhmət eləsin" deyirik, Vahid müəllimə, Müsü müəllimə və Cavanşir müəllimə isə can sağlığı arzu edirik.
Xudumun əməksevər, zəhmətkeş olması ona baş ucalığı gətirmişdi. Xeyirxah bir adam kimi yetim-yesirlərə həyan olması, onlara himayədarlıq etməsi, ona şan-şöhrət bəxş etmişdi. Onun var-dövləti, böyük torpaq sahələri, əkin sahələri, yaylaqları olmuşdur.
(ardı gələn sayımızda)

Nemət BƏXTİYAR
AJB-nin üzvü,
Media "Qızıl Qələm"
mükafatı laureatı

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ



İmza:
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK