adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Dekabr 2018 11:55
5923
HADİSƏ
A- A+

Sabirabadda 8 aylıq qız beşikdən yıxılıb öldü

Sabirabadda azyaşlı beşikdən yıxılaraq ölüb.

Adalet.az-ın məlumatına görə, hadisə rayonun Poladtuğay kəndində baş verib.

Kənd sakini Şahin Məmmədovun qızı, 2018-ci il təvəllüdlü Məmmədova Sədəf Şahin qızı yaşadığı evdə beşikdən yıxılıb.

Uşaq hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.