adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Dekabr 2018 18:06
11733
İDMAN
A- A+

Ronaldo Madridə getməkdən imtina etdi

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İspaniya Futbol Federasiyasının dəvətini rədd edib.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu Madriddəki "Santyaqo Bernabeu"stadionunda keçiriləcək Libertadores Kubokunun final oyununu - "River Pleyt" - "Boka Xuniors" matçını izləmək təklifi alıb.

Lakin yayda "Real"dan "Yuventus"a keçən Ronaldo belə tez bir zamanda İspaniyaya dönməsinin yersiz olduğunu əsas gətirərək "yox" cavabı verib.

"Barselona"nın hücumçusu Lionel Messi isə oyunu canlı izləyəcək

Xatırladaq ki, komandalar arasında noyabrın 11-də keçirilmiş ilk matçda 2:2 hesabı qeydə alınmışdı. Noyabrın 24-də keçirilməli olan cavab görüşü isə azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb. Final qarşılaşması dekabrın 9-i keçiriləcək.