Səhiyyə naziri yeni komissiyanın yaradılması barədə əmr verdi
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının yaradılmasına dair əmr imzalayıb.
Nazirlikdən verilən məlumata görə, əmrdə Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə komissiyanın tərkibi təsdiqlənib.
Sənəddə Seçki Komissiyasına İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatının "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi, İctimai Şuranın say həddinin müəyyən edilməsi kimi tapşırıqlar verilib.
Digər Xəbərlər
24 Aprel 2024 15:21
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 15:12Qocanın qəliz israrı: Bu gün yenidən “soyqırım” dedi
24 Aprel 2024 14:12Saxta anım mərsimində Anna Akopyana qarşı etiraz: “Nikol satqındır"
24 Aprel 2024 13:23Prezident Mülki Prosessual Məcəllədə dəyişiklik etdi
24 Aprel 2024 13:07