adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Dekabr 2018 10:19
16654
İDMAN
A- A+

DƏDƏM, NƏNƏM SƏNƏ QURBAN, GƏLMƏ, BALA

Mətbuatda oxudum ki, Ayxan Cabbarlı adlı 15 yaşlı bir uşaq İsveçdə futbol ulduzuna çevrilməkdədir. Ölkənin «Savedalin İF U-19» klubunda oynayır və klub da oynadıqları liqanın çempionu olub və əsas liqaya yüksəlib. O ölkəmizin 16 yaşlılardan ibarət milli komandasına da dəvət alıb, bir neçə benəlxalq oyunda iştirak edib və oyunundan da razı qalıblar. Oxudum ki, Azərbaycana gəlmək istəyir, burda oynamaq istəyr.

Dədəm, nənəm sənə qurban, gəlmə, bala. Elə millətimizin adını İsveçdə ucalt, sən də bizim Məsud Özil ol. Biz də sənlə fəxr edək. Gəlsən, burda formadan düşəcəksən. Day qorxudan yazmıram kimlərinsə tayı olacaqsan. Sonra verərlər məhkəməyə, mənim də məhkəməlik halım yoxdu.