adalet.az header logo
  • Bakı 7°C
07 Dekabr 2018 10:39
14203
GÜNDƏM
A- A+

YOX EY, PAPAĞIN HANI?

Bir qoldan babat, ağıldan da alababat məhlədə bir qonşunu qaralayıbmış. Qonşu da papaq qoymağı sevmirmiş.Rastlaşanda hər dəfə qoldan babat, ağıldan alababat ona bir şapalaq vururmuş ki, papağın hanı? Bununla da məhlədə özünü ataman kimi göstərirmiş. Boğaza yığılan qonşu evdən çıxanda bu dəfə başına papaq qoyur. Yenə rastlaşırlar, qoldan babat, ağıldan alababat istəyir deyə ki, papağın hanı? Görür, boy, qonşunun başında papaq var. Baxır, baxır, sonra qonşunun papağını götürüb atır və deyir:

- Yox ey, papağın hanı?

İndi Əflatun Amaşov İrəvandakı iclasdan çəkilmiş bütün şəkilləri paylaşır ki, stolun üstündəki bayraq düz asılıb. Həmin şəkilləri də müxtəlif agentliklər çəkib. Xeyri yoxdur ey, hansısa bir agentliyin montaj elədiyi şəkili paylaşıb ağıllarına gələni yazırlar:

- Yox ey, papağın hanı?