adalet.az header logo
  • Bakı 7°C
07 Dekabr 2018 10:28
9670
GÜNDƏM
A- A+

AZƏRBAYCANIN ƏN BÖYÜK PROBLEMİ

bu gün saçı qırxılan gəlindir. Artıq televiziyalar da bu problemin həllinə köklənib.

Ağdamda Şelli yüksəkliyində döyüş gedir. Bir uşaq tövşəyə-tövşəyə dağın başına çıxır. Tağım komandiri Xallı Şahinə deyir:

- Şahin əmi, aşağıda səni dörd-beş nəfər gözləyir, deyirlər vacib işimiz var. Xallı Şahin yenir aşağı, hövlnak soruşur ki, ə, nolub, bir hadisə baş verib?

- Yox, Şahin, Ağcabədiyə balıq ovuna gedirik, bizə iki-üç dənə qumbara ver.

Xallı Şahin bilmir nə desin, əsəbi halda çıxarıb onlara iki qumbara verib deyir:

- Əsas balıqdı ey, qaçır. Balıq məsələsini həll eləyin, Qarabağ qaçmır ha?!

Bu gün bizim əsas problemimiz saçı qırxılmış gəlindi. İndi Bako Saakyan gəlib Tərtərin ərazisində Fövqəladə Hallar İdarəsinin binasının açılışını edir. Saçı qırxılan gəlin problemini həll edək, sonra həmin bina ilə məşğul olarıq.