adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Dekabr 2018 17:08
5329
HADİSƏ
A- A+

Neftçalada zəncirvari qəza oldu: 1 nəfər öldü

Neftçala rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, dekabrın 4-də saat 18 radələrində Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Vasif Qurbanov idarə etdiyi "VAZ-21214” markalı avtomobili qarşıda gedən Bankə qəsəbə sakini Bəğəli Şirinovun idarə etdiyi "T-28” markalı traktora, sonra isə Xıllı qəsəbə sakini Şahmar Ələkbərovun idarə etdiyi "Mitsubishi” markalı avtomobilə vurub.

Nəticədə V.Qurbanov hadisə yerində ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.