Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Moldovada ilk proza festivalı Adalet.az | Moldovada ilk proza festivalı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Moldovada ilk proza festivalı

2257    |   2018-12-05 18:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 29-30-da Moldovanın paytaxtı Kişinyov şəhərində Moldova Təhsil və Mədəniyyət Nazirliyi və Yazıçılar İttifaqının təşkilatçılığı ilə Birinci Beynəlxalq Proza Festivalı keçirilib.

Avropanın müxtəlif ölkələrindən yazarların qatıldığı festivalda Azərbaycanı yazıçı Elçin Hüseynbəyli təmsil edib. Səfər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti ilə gerçəkləşdirilib.

Moldova, Rusiya, Azərbaycan, Ukrayna, Çexiya, Böyük Britaniya, Fransa yazarlarının qatıldığı tədbirin açılış mərasimi noyabrın 29-da Kişinyov Bələdiyyə Kitabxanasında baş tutub. Qələm adamları milli ədəbiyyatların keçmişi, indisi və gələcək perspektivlərini müzakirə ediblər. "Kvadrat" jurnalının ilk sayı da festival iştirakçılarına təqdim olunub.

Topluya E.Hüseynbəylinin "Qocanın axdığı gün" hekayəsi də daxil edilib. Hekayəni rumın dilinə Moldova yazıçısı və Festivalın direktoru Nikolaye Spetaru çevirib.

Noyabrın 30-da tədbir iştirakçılarının bir qrupu Kişinyov Dövlət Universitetinin filologiya və xarici dillər fakültəsinin qonağı olublar.

Növbəti gün qonaqlar şəhərin görməli, gəzməli yerlərilə tanış olarkən E.Hüseynbəyli Kişinyovun baxımlı parklarının birində Azərbaycan şairi Nizami Gəncəviyə ucaldılan büstü ziyarət edib.

Sonda nəzərə alınıb ki, Beynəlxalq Proza Festivalı hər il keçirilsin, "Kvadrat" jurnalı isə davamlı çap olsun. Təklifdən asılı olaraq bu mötəbər tədbirin məkanının da dəyişilməsi qərara alınıb. /525.az/


İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK