adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Dekabr 2018 15:44
14602
DÜNYA
A- A+

Slovakiya rus diplomatı deportasiya etdi

Rəsmi Bratislava 22 noyabrda Rusiya Xarici İşlər Nazirliyinin diplomatını NATO əleyhinə rus kəşfiyyatına işləməkdə ittiham edərək Slovakiyadan deportasiya etmək qərarına gəlib.

Adalet.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri Peter Pelleqrini bu gün keçirdiyi brifinqdə deyib.

"Hərbi kəşfiyyatdan əldə etdiyimiz informasiyaya əsaslanaraq, 2018-ci ilin 22 noyabrında Rusiya Federasiyasının Slovakiyadakı hərbi attaşe aparatının diplomatı ölkədən xaric edilib. O, Slovakiya və NATO əleyhinə kəşfiyyat fəaliyyətilə məşğul olduğuna görə arzuolunmaz şəxs elan edilib” – Pelleqrini bildirib.

Baş nazir əlavə edib ki, rus diplomat arzuolunmaz şəxs elan edildikdən sonra 48 saat ərzində Slovakiyanı tərk edib.

Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bəyan edib ki, Moskva Bratislavanın bu cür qeyri-dost davranışına qarşı adekvat cavab verəcək.

Lakin Slovakiyanın Moskvadakı səfirliyi rus diplomatın qovulması barədə məlumatı hələ ki şərh etməyib.