adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: TANRI İLƏ GÖRÜŞ YOLU...

ƏBÜLFƏT MƏDƏTOĞLU
43476 | 2018-12-05 13:19

Yazı masamın üzərindəartıq özünə daim qalmaq hüququ qazanmış kitabı yenə vərəqləyirəm. Əslində okitab əlimə gəlib çatan gündən onunla danışıram. Hətta tam səmimi deyim ki, kitabatoxunmadan, onu vərəqləmədən belə ruhən kitabların qəhrəmanı ilə dərdləşirəm.Çünki bu kitabın unudulmaz və söz durduqca duracaq qəhrəmanı Nurəngiz Günləetdiyim söhbətlər, hətta ən doğma adamım kimi söhbətləşmələrim yadımdan çıxmır,nə də bu kitabı görəndən onlar təzəzlənirlər, yada dünyaya yenidən ayaqaçırlar.... Bax beləcə, bir qəribəliyin içərisindəyəm. O qəribəliyə çıxış yoluda, dönüş də, qayıdış da elə bu kitabın özündədir...

Adətən kamilinsanlar təkcə görmürlər, kəşf etmirlər, münasibət bildirmirlər, onlar həm dəTanrıya yol axtarırlar. Elə bir yol ki, Tanrı bəndəsini də özüylə qovuşdurabilsin, həmsöhbət etsin, o dərgaha yüksəlsin, o mərtəbəni qazandırsın... Bəli,bax, bu cəhdi, bu axtarışı edənlərin içərisində ONUN yanaşması, ONUN cəhdləri,ONUN baxış bucağı o qədər sadə və o qədərdə munis idi ki, sanki sevgiylə, sayğıyla bədirlənmişdi, cilalanmışdı. Kənardanmüşahidə etdikcə, nəzər yetirdikcə, o axtarışın qatlarına endikcə qarşında NurəngizGünün Tanrıya doğru uzanan süd rəngli yolu görünür. İnanın ki, hətta o yolun rəngidə adamın gözünü çəkir, adamı sanki duruldur, sudan keçirir. Ona görə də biroxucu olaraq özün də hiss etmədən bir nur axınından adlayıb gedirsən o yoladoğru. Və:

Açılan bu səhərNurəngiz Günə,

Görən nə vədedir -

fəqət əlləri,

Tanrı dərgahınauzanıb yenə...

yenə gözlərindən

yaş gilələnir...

Tanrısıylagörüş...

İlahi sevgi...

İlahi varlığın səsi,sədası...


Bəli, üzümüzəaçılan hər səhərin bir ovqatı, ürəyi, duyğuları kökləyən bir işartısı, ipucuolur. Allah bəndəsi o işartıdan, o ipucundan yapışıb açılan səhərin özünə doğrugedir. Elə bil ki, bir maqnit çəkir səni. Özün özünü unudub səni çəkənə, səni cəzbedənə tərəf necə getdiyinin fərqini hiss etmirsən. Ayaqların yerdən üzülür və sənbir pərvanə kimi işığa tərəf əllərini açaraq eləcə uçursan... uçursan...kirpiklərinin ucunda yaş tumurcuqlayır. Bax, bugöz yaşı deyil. Bu sadəcə sənin içindəki sevginin damçılarıdır. Budamcılar həmin o ağ yola su kimi çilənir... Çilənir ki, sevgin də, göyərsin oyolda, səsin də göyərsin o yolda... Çünki sevgin də, səsin də İlahi bir duadı.Və sən o ilahi duayla gedirsən Tanrıyadoğru... gedirsən Tanrıyla görüşə...

Bütün

sevgisiylə görüşəgəlib,

eşqiylə,

ünüylə,

görüşə gəlib...

adıyla,

oduyla,

görüşə gəlib...

bütün hissələrini

ovcuna yığıb

dayanıb ümidin

güvənliyində...

Gördünüzmü, NurəngizGünün Tanrıyla görüş yolunda şeirləşən obrazını... Sözə, pıçıltıya çevrilən vəbəzən də rəngarəng gülləri xatırladan duyğularını... Burdaca xatırladım ki, birrəssam fırçası da bu dediklıərimin çevrəsində öz işini görməkdədi. Yəni kitabınmüəllifi Maşallah Məftun həmin o ağ yolu da, həmin o yolla Tanrıyla görüşə gedənNurəngiz Günü də, onun yaşantılarını da həm şair, həm də rəssam kimicanlandırır və hopdurur oxucu yaddaşına.

Açıq-aşkaryaşayırsan bunları. Yaşadıqca da o güllərə, çiçəklərə çevrilən poetik səhnənin ətriniduyursan, qoxusunu hiss edirsən.

Çiçək qoxusuyla

bənövşə ətriylə

qəlbində döyünən

sətriylə

görüşə gəlib...

göylər laylaçalır,

şair eşqinə.

çiçəklər gözyaşın

saxlaya bilmir,

bir anın hökmünə

min illər gəlir,

Minbərlərdən

yenə əzan yüksəlir...

Bu kiçicik parçaəslində yaşanan ömrün ağ yolunu, yəni Tanrıya doğru gedən görüş yolunu kinolentinə köçürür. Və sən gözünün önündə o lentin bir qarışqa sürətiləfırlanmasını izləyirsən, İlahi, bu izlədiyin anın içərisində bir oxucu olaraq mənimnələr yaşadığımı sözlə ifadə etməyə gücüm çatmır... havalanmış kimi oluram. Köməyiməyetən AZAN səsidir! Bu səs Tanrıya gedən yolun bəlkə də lap elə həqiqətən yolnişanıdı. Səni, məni istiqamətləndirir...

Bəli, Maşallah Məftunun"Güllərin soyqırımı" kitabının mənə yaşatdığı bir həyat gerçəkliyidir.O gerçəkliyin hər bir anı üçün müəllifə də, unudulmaz Nurəngiz Günün ruhunasayqı və sevgiylə baş əyirəm.



TƏQVİM / ARXİV