Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Əli Həsənov: “Bir məmurun dövlət dilini bilməməsi onun qəbahətidir” Adalet.az | Əli Həsənov: “Bir məmurun dövlət dilini bilməməsi onun qəbahətidir” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Əli Həsənov: “Bir məmurun dövlət dilini bilməməsi onun qəbahətidir”

2510    |   2018-12-05 12:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan, dövlət idarəçiliyində iştirak edən məmurlarla yanaşı, akademik strukturlarda təmsil olunan akademiklərin, alimlərin, institutların elmi işçilərin üzərinə düşür.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.

Ə.Həsənov bildirib ki, əlbəttə, Azərbaycan dili bütün təhsil müəssisələrində, eləcə də kütləvi informasiya vasitələrində qorunmalıdır.

Prezidentin köməkçisi qeyd edib ki, hər bir məmurun xarici dili yüksək səviyyədə bilməsi onun üstünlüyüdür, amma dövlət dilini bilməməsi və o dildə danışmaması onun qəbahətidir:

"Məmur xarici dili bilmirsə, əlbəttə, bu onun çatışmazlığıdır. Xarici dili bilmək məmura əlavə üstünlük verir, amma bilməməsi qəbahət sayılmır, qəbahət dövlət dilini bilməməkdir. Bu, ziyalılara, jurnalistlərə də aiddir”.




İmza:

"Atamın son sözü bu oldu ki, Laçın azad ediləndə sümüklərimi aparıb orada dəfn edin..."

CNN: Bakı-Tbilisi-Qars dəmir yolu səyahətlər haqqında təsəvvürləri dəyişəcək

Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI

Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq

Bakı metrosunda generator problemi həll edilir

Prezident Heydər Əliyevin məzarını ziyarət edib

Heydər Əliyevin vəfatından 15 il keçir

Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir

Onu necə unutmaq olar?! - Ulu öndər Heydər Əliyevin anım gününə

Akademik: Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK