adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Dekabr 2018 12:16
12707
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: ADAMI

Səssiz seçib deyirsən -
söz öldürür adamı...
Tüstüsü başdan çıxan -
köz öldürür adamı...

Qəm - kədər əvvəl . axır
həm yandırır , həm yaxır...
Bucaq altından baxır -
göz öldürür adamı!..

Hər işdə var bir nədən?!
nə çoxdu baxıb , gedən...
Dilini qabar edən -
Döz! - öldürür , adamı...