adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Dekabr 2018 20:00
4450
GÜNDƏM
A- A+

ABŞ-ın VİTSE-ADMİRALI ÖZÜNƏ QƏSD EDİB

CNN telekanalı ABŞ Hərbi Dəniz Donanmasının Yaxın Şərqdəki 5-ci donanmasının vitse-admiralı Skott Strninin ölüm səbəblərini açıqlayıb.
Etibarlı mənbələrdən aldıqları məlumata görə, vitse-admiral özünə qəsd edib.
Stirninin cəsədi onun Bəhreyndə yerləşən iqamətgahında tapılıb. Faktın araşdırılması ilə bağlı təhqiqat aparılır. "Bu Stirninin ailəsi və 5-ci donanmanın şəxsi heyəti üçün çox faciəli xəbərdi"-deyə bildirən Hərbi Dəniz Donanmasının əməliyyatlar üzrə komandanı admiral Con Riçardson daha sonra qeyd edib ki, "biz güclü peşəkar, gözəl ata, ər və yaxın dostumuzu itirdik".
Stirni Çikaqoda anadan olub ,1982-ci ildə Notr-Dam Universitetini bitirib, müxtəlif hərbi vəzifələr daşıyıb , daha sonra bu ilin may ayından 5-ci donanmanın komandanı təyin edilib.