adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Dekabr 2018 19:56
10270
İDMAN
A- A+

AFFA 3 klubu cərimələdi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqa klublarının iştirakı ilə baş verən qayda pozuntularına baxılıb.

Adalet.az-ın məlumatına görə, "Qəbələ” – "Zirə” matçında əyalət təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Bundan başqa, 61-ci dəqiqədə "Zirə” klubunun yarımmüdafiəçisi Bilal Həmdi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə ödəyəcək.

"Qarabağ” – "Keşlə” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.