adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Dekabr 2018 19:01
3440
HADİSƏ
A- A+

Xocəsəndə sürücü piyadanı vurub qaçdı

Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.

Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.