adalet.az header logo
  • Bakı 17°C
04 Dekabr 2018 17:29
12394
DÜNYA
A- A+

Humanitar yardım üçün 21,9 milyard dollar ayrılacaq

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2019-cu il üçün dünya üzrə mövcud humanitar böhranlara yardım məqsədilə bu gün ümumilikdə 21,9 milyard ABŞ dolları həcmində yardım ayrılması barədə donor ölkələrə müraciət ünvanlayıb.

Azvision.az "The New York Times”a istinadən xəbər verir ki, məbləğin ən böyük qismi - 4 milyard dollar Yəməndəki humanitar əməliyyatlar üçün nəzərdə tutulub.

Lakin qeyd olunur ki, müraciətə Suriyadakı böhran üçün maliyyə tələbləri daxil deyil. Suriyaya humanitar dəstəklə birlikdə BMT-nin gələn il üçün qlobal humanitar xərclərinin 25 milyard dollar təkil edəcəyi bildirilir.