Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | “Çörəyini yediyin adam hər zaman haqlıdır” - MÜSAHİBƏ Adalet.az | “Çörəyini yediyin adam hər zaman haqlıdır” - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Çörəyini yediyin adam hər zaman haqlıdır” - MÜSAHİBƏ

5886    |   2018-12-04 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq xeyli vaxtdır ki, Niderlanddakı jurnalistlərdən biri ilə müsahibə hazırlamaq istəyirdim. Məqsədim Niderlanddakı jurnalistlərin iş fəaliyyətləri barədə Azərbaycan oxucularına az da olsa məlumat verməkdir. Bu müsahibə üçün illərdən bəri dostluq etdiyim bir jurnalisti seçdim. Öncə onunla bağlı qısa məlumatı siz dəyərli oxucularla bölüşüm:

Aan van der Vouden (Aad van der Wouden) 55 yaşı var, Niderlandın Brabant əyalətində anadan olub. PZC (de Provinciale Zeeuwse Courant), Səs (Stem) qəzetlərində, Zeeland Televiziya və Radio şirkətində jurnalist kimi fəaliyyət göstərib. 2007 – ci ildə "WereldRegio” qəzetini təsis edib və hazırda həmən qəzetin sahibi və baş redaktorudur.

Məlumat üçün qeyd edim ki, Aadla, Niderlandda yaşamağa bağladığımın ilk illərindən tanışam. Bizi yerli Xristiyan Demokrat Partiyasından (CDA) olan bir ümumi tanışımız tanış etmişdi. Sonradan bu tanışlıq dostluğa çevrildi. Hələ yerli dili çox zəif bildiyim vaxtlarda mənə qəzeti ilə əməkdaşlıq etməyi təklif etdi. "Axı mən Niderland dilində çox pis yazıram” – deyəndə isə, "Sən yaz, mən redaktə edəcəm, biz dostuq” - demişdi Aad və beləcə də aramızda ilk dəfə "dost” sözü keçdi. Sonradan isə münasibətlərimiz daha da sıxlaşdı. Ötən müddətdə onun qəzetinin səhifələrində Azərbaycnla bağlı onlarla yazı gedib, mənim müsahibələrimə yer verilib. Rəhbərlik etdiyim "Connect” təşkilatının 2016 – cı ildə keçirtdiyi tədbirdə Aad aparıcılığı öz üzərinə götürdü, tamamilə təmənnasız.

Bir sözlə, dostumla, Aadla müsahibəni sizlərə təqdim edirəm.

Uzatmadan keçək söhbətimizə.

İlk sualım qəzetinin pulsuz paylanması ilə bağlı olur:

- Aad, sahibi və baş redaktoru olduğun qəzet pulsuz paylanır. Bu sualı vermək nə qədər etikadan kənar olsa da soruşacam, pulu necə qazanırsınız?

Reklamdan (Gülür).


- O zaman daha bir etikadan kənar sual. Nə qədər qazanırsan?

Belə deyim, həftədə ən azı 10 000 avro qazanmaq məcburiyyətindəyəm. Çünki qəzetin ofisinin kirə xərcini, altı əməkdaşımızın xərcini və.s. ödəmək üçün bu pulu qazanmağım vacibdir. Çox qazananda sevinirəm, az qazanmağım isə mümkün deyil. Bilmirəm bu cavab səni qane etdimi, yoxsa yox, ancaq maliyyə durumu ilə bağlı bunu deyə bilərəm (gülür). Onu da qeyd edim ki, düşünürəm ki, bir neçə ildən sonra pulla satılan qəzet olmayacaq. İnsanların televiziyadan, radiodan xəbər almaq imkanları artır, digıər tərəfdən də internet daha çox istifadə olunmağa başlayır ki, burda da internet üzərindən oxunacaq qəzetləri və digər informasiya mənbələrini əlavə etsək, insanların qəzetə pul verməməsi anlaşılan olacaq. Qəzetlər reklam hesabına özlərini saxlamağa məcbur olacaqlar. Əgər bir qəzet oxunaqlı olarsa ora reklam verənlər mütləq olacaq. Ölkə üzrə çıxan qəzetlərdən fərqli olaraq regionlarda çıxan qəzetlərin reklam əldə etmək imkanları daha çoxdur, deyə düşünürəm. Məsələn, biz qəzetdə ailə qurmaq elanları, təbrikləri, dünyasını dəyişənlər barədə məlumatlar, bələdiyyədə olmuş, olacaq yeniliklər barədə və.s. məlumatlar veririk ki, insanlar regionumuzda baş verənlərdən xəbər tutmaq üçün qəzetimizi oxuyurlar. Bu da şirkətlərdə maraq yaradır ki, qəzetimizə reklam versinlər.

- Bilirsən ki, qəzetinin daimi oxucularındanam. Bəzən bələdiyyəni tənqid edirsən, ancaq bələdiyyə yenə də sənə pullu elanlar, reklamlar verir. Bu necə olur?

Demokratiya budur (gülür). Bax, Vüqar, əgər tənqid qərəzli, yəni böhtan deyilsə, faktlara əsaslanırsa Niderlandda kimsə sənə buna görə bir söz deməz. Yazdıqların doğrudursa, edəcəyin tənqid sənin tənqid etdiyinin xeyrinədir, səhvlərini görürlər. Bələdiyyə də bunu bilir. Bələdiyyə ərazasində yaşayanlar bələdiyyədə nə baş verdiyini hər zaman bilə, anlaya bilməzlər. Biz bunun üçün vasitəçiyik. Bələdiyyə də, tənqid etdiyimiz digər qrumlar da bilirlər ki, onları ciddiyə alırıq deyə tənqid edirik. İncildə belə bir deyim var: "Övladlarını sevən lazım olanda onu cəzalandırmalıdır.” Bizim tənqidimiz də sevgimizdəndir (gülür).

- Bəzi ölkələrdə dövlət jurnalistlərə ev verir. Buna necə baxırsan və sənə də ev verilsə qəbul edərsən?

Yox, qəbul etmərəm (tez cavab verir və sona davam edir – V.A). Belə bir deyim var: "Çörəyini yediyin adam hər zaman haqlıdır.” Bu anlamda, əgər mənə ev verən dövlət mənim onu tənqid etməyimə dözümlü yanaşarsa, bəlkə onda olar. Yox, əgər mənə ev verib sonar "mən sənə ev verdim, mən deyəni yazmalısan” deyəcəksə, mən o evi qəbul etmərəm.


(Bir qədər düşünərək) Əslində, hazırda bu məsələ çox aktualdır. Bilirsən ki, burda, Niderlandda da readksiyalar qənaət etmək məcburiyyətindədirlər. Bu məqsədlə də işçilərinin, jurnalistlərin sayını azaltmalı olurlar. Bu səbəbdən də, məsələn, yerlərdə bələdiyyə iclaslarında əvvəlki vaxtlarla müqayisədə az jurnalist iştirak edir, yaxud da heç etmir. Leiden bələdiyyəsi (Niderlanddakı bələdiyyələrdən biri – V.A) Niderlandda ilk dəfə olaraq bir təcrübə aparmağa qərar verib. Bələdiyyə ərazisində fəaliyyət göstərən redaksiyalara maliyyə yardımı edilməsinə qərar verilib. Mən bilmirəm Leiden bələdiyyəsindəki qəzetlərin jurnalistləri bu barədə nə düşünrlər, ancaq NNP (Nederlandse Nieuwsblad Pers – Niderlanddakı qəzet jurnalistlərinin təşkilatı) bu təşəbbüsə yaxşı baxır. Əslində bələdiyyənin də məqsədi də pis deyil. Onların məqsədi jurnalistləri susdurmaq yox, əksinə, dəstək verməkdir. Niderlandda jurnalistlər tənqid etməkdən, hakimiyyət isə tənqid olunmaqdan qorxmur.

- Deyirsən yəni burda 100% demokratiyadır? Ancaq mən eşitmişdim ki, burdakı qəzetlərin də "öz rəngləri” var, yəni tərəf tutan qəzetlər var.

Yox, mən düşünmürəm ki, hardasa 100 % demokratiya var, həmçinin Niderland barədə o fikirdəyəm. Qəzetlərin "rənginə” gəlincə, ölkə üzrə olan qəzetlərdə bu mümkün ola bilər, bəlkə də belədir. Ancaq dəqiq bilirəm ki, jurnalistlər fikirlərini ifadə etməkdə sərbəstdirlər. İndi onların siyasi məsələlərə baxışları nədir, nə düşünürlər, bu artıq başqa məsələdir. Ümumiyyətlə yanaşdıqda isə, fakt faktdır, onu dəyişmək olmaz. Yox, əgər söhbət hər hansı bir şəxsin, həmçinin hansısa jurnalistin fikirindən gedirsə fikirlər həmişə subyektiv olur. Heç bir fikrə obyektiv fikir kimi baxmağın tərəfdarı deyiləm. Demokratiya ilə bağlı fikrinə dönərək demək istəyirəm ki, demokratik bir cəmiyyət üçün burdakı insanlara hər cür şərait yaradılıb, ancaq bizim insanlar bəzən tənbəllik edirlər, tənbəldirlər..

- Tənbəl? Mən düşünmürəm ki, niderlandlılar tənbəldirlər.

Başqa məsələlərdə tənbəl olmaya bilərlər, ancaq siyasi məsələlərdə tənbəldirlər. Məsələn, bələdiyyələrdə şərait yaradılıb ki, yerli insanlar gedib bələdiyyə şuralarının iclaslarında iştirak etsinlər. Ancaq camaat bu iclaslara ya getmir, ya da çox az gedirlər. Bir də ki, demokratiyanın olması üçün hakimiyyətlə xalqın bir-birinə inamı olmalıdır ki, o da Niderlandda var.

- Demokratiyadan danışırıq, bir məsələni də soruşmaq istəyirəm və düşünürəm ki, azərbaycanlı oxucular üçün maraqlı olacaq. Niderlandda islamofobiya varmı?

Bizim bələdiyyədə elə şey yoxdur. Bəlkə böyük şəhərlərdə ola bilər. Məsələn, böyük şəhərlərdə elə məhəllələr var ki, orda gəlmələr çoxluq təşkil edir. Əlbətdə ki, müxtəlif yerlərdən gələrək həmən məhəllədə yaşayanların arasında bir niderlandlı olarsa, onda ona bir qədər asan olmaya bilər. Ancaq ümumi yanaşanda Niderlandda islamofobiya olduğunu düşünmürəm.

- Düzünü deyim ki, səninlə həmfikirəm. Mən təsəvvür edə bilmirəm ki, Vilders (Xert Vilders - Geert Wilders, PVV (Partij voor de Vrijheid) Azadlıq Partiyasının sədri. Gəlmələrə, xüsusən türklərə və ümumiyyətlə müsəlmanlara qarşı olan, kəskin fikirlər səsləndirməsi ilə tanınır) nə zamansa baş nazir olsun.

(Gülür) Ancaq onun partiyası Niderlandın ikinci böyük partiyasıdır. Buna baxmayaraq düşünmürəm ki, o, nə vaxtsa baş nazir ola bilsin. Bunun üçün o, parlamentdəki deputatların səslərinin 75 +1 - ni almalıdır ki, bu da mümkün deyil. Digər partiyalar buna imkan verməzlər, onunla işləməzlər.

- Aad, jurnalist vəsiqəni hardasa şəxsi mənafeyin üçün işlədirsənmi? Məsələn, maşında kəməri bağlamayanda, yaxud da digər qanun pozuntusu edəndə.

Yox, heç vaxt buna cəhd etməmişəm. Düşünmürəm ki, kiməsə vəsiqəmi göstərsəm mənə ayrıcalıq, üstünlük versin.

- Səncə bu yaxşıdır ki, jurnalist vəsiqəni göstərməyin sənə heç bir imtiyaz vermir?

Əlbətdə ki, yaxşıdır. Yoxsa hərə bir vəsiqə göstərib imtiyaz istəsə təsəvvür edirsən nə olar? Ancaq burda da şəxsi münasibətlər bəzən işə yaraya bilər. Məsələn, bir iş üçün hansısa idarəyə getsəm və həmən idarənin rəhbərliyi ilə münasibətim varsa, bu, işə yaraya bilər. Fikir verin, "yarayar” demirəm, "yaraya bilər” deyirəm. Yəni o da dəqiq deyil.

- Azərbaycanla bağlı nə bilirsən? Niderland mətbuatından Azərbaycanla bağlı materialları oxumusan, oxuyursan?

Yox, yerli mətbuatda rastıma Azərbaycanla bağlı çox yazı çıxmayıb, çox oxumamışam. Azərbaycanı ilk dəfə sənin vasitənlə tanıdım. Bilirsən ki, bir neçə il öncə təşkilatının, "Connect”in keçirtdiyi tədbirin aparıcısı idim. Ordakı sual-cavaba görə, verdiyiniz təqdimatlardan, nümayiş etdirdiyiniz filmlərdən Azərbaycanla bağlı daha çox məlumat aldım.

- Getmək istəyərən Azərbaycana?

Əlbətdə getmək istəyərəm. Sənin Azərbaycanda olanda çoxlu şəkillər paylaşdığın, dilindən düşməyən Azərbaycanı məmuniyyətlə görmək istəyərəm (gülür).

- Bu yaxınlarda bizim təşkilata gəlməyinlə bağlı razılaşdıq və deyə bilərəm ki, sən artıq "Connect”in idarə heyətindəsən. Açığını desəm, bu, o qədər də tez-tez rast gəlinən bir hal deyil ki, bir niderlandlı, hələ də bir jurnalist Azərbaycanın burdakı təşkilatlarına qoşulsun. Nə üçün bu təşkilata gəldin?

Ona görə ki, səni tanıyıram. Ona görə ki, sənə inanıram, səndəki həvəsi görürəm. Azərbaycanla bağlı səndən çox şey öyrəndim, internetdən az-çox məlumat aldım. İnanıram ki, Azərbaycanla bir işlər görə biləcəyik. Buna inamım böyükdür. Mən sənin yüksək həvəsini görürəm. Bilirsən ki, mənim burdakı iş adamları birliyi ilə yüksək səviyyədə əlaqələrim var. Bunun da işimizə yarayacağına inanıram. Azərbaycan həm də strateji baxımdan önəmli yerdə yerləşir. Hesab edirəm ki, xüsusən turizm və kənd təsərrüfatı sahəsində uğur əldə edə bilərik. Düşünürəm ki, sənin burda yaşamağında əslində niderlandlı iş adamları üçün bir qazanc ola bilər ki, sən o ölkəni yaxşı tanıyırsan. Sənin oranı yaxşı tanımağın, mənim burdakı əlaqələrim imkan verir ki, deyim ki, biz çox şeyə nail ola bilərik. Əminliklə deyirəm ki, Azərbaycan tərəfdən də, deyək ki, iş adamları, qeyri hökumət təşkilatları və.s. bu təşəbbüsə dəstək versələr, özləri də təşəbbüs göstərsələr, biz qarşılıqlı olaraq çox işlər görə bilərik. Burdakı və Azərbaycandakı iş adamları ilə görüşlər təşkil etmək olar və.s. Azərbaycanın da, Niderlandın da imkanları imkan verir deyək ki, istək olsa iş də olacaq.

P.S. Fotoların müəllifi Ruud van der Natdır.

Müsahibəni Vüqar Abbasov hazırladı.

Niderland.

[email protected]




İmza:

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏT İŞTİRAKÇILARI ÖZLƏRİNİ ÖLÜMÜN İÇİNƏ ATIRLARSA...

Rza Rzayev: “Bizim üçün Sadiqlik ən önəmli dəyərdi”

“Yazıçılara kafe verilsin, amma araq verilməsin” - Aqil Abbasla Ayxan Ayvazın söhbəti

“Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım...” - MÜSAHİBƏ

İnsan kimi, yazıçı kimi də mənim kəndim dağılıb... - MÜSAHİBƏ

Şeyxülislamdan ölkə gündəmini dəyişəcək açıqlamalar: ”Katolikos Qaregin mənə dedi ki... ”

Rafiq Tağının qardaşı : “Onun qətlində şübhələndiyim adamlar var” - - MÜSAHİBƏ

Fatih Terim "Ədalət"ə danışdı: Futbolçuları döymək lazımdı...

Aqil Abbas: “Mənim bir su köşküm də yoxdur, yeganə ağdamlıyam ki, bu işi bacarmıram”

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK