adalet.az header logo
  • Bakı 12°C
05 Dekabr 2018 10:27
12418
DÜNYA
A- A+

FRANSA GERİ ADDIM ATIR?

Yanacağın qiymətinin qaldırılması ilə əlaqədar xeyli müddətdir ki, Fransa od tutub yanır. Qonşu ölkələrdə də insanlar küçələrə tökülüb fransızlara dəstək verirlər.

Bu gün məlum olub ki, hökumət bu «inqilabın» qarşısını ala bilmədiyinə görə geri addım atmağa məcbur olub. Fransanın baş naziri yanacağın əvvəlki qiymətə qaytarılacağı barədə açıqlama verib və nümayişçilərin lideri ilə görüşmək istədiyini bildirib.

Maraqlısı və gülməlisi odur ki, bu nümayişçilərin lideri yoxdu, yəni kimsə liderliyi üzərinə götürməyib. Ona görə də məsələ açıq qalıb.