adalet.az header logo
  • Bakı 18°C
04 Dekabr 2018 15:27
4480
HADİSƏ
A- A+

Teplovozdan 100 kq mis oğurlanıb

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çeşidləmə stansiyasının parkından oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dekabrın 3-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən çeşidləmə stansiyasının parkında ehtiyatda saxlanılmış teplovozun mühərrikindən 100 kiloqram mis sökərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Novruz Novruzov saxlanılıb, onun həmin misi metal qəbulu məntəqəsinə təhvil verməsi müəyyən edilib.