Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Xərçəngə səbəb olan 4 növ məhsul... Adalet.az | Xərçəngə səbəb olan 4 növ məhsul... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Xərçəngə səbəb olan 4 növ məhsul...

1464    |   2018-12-04 19:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı ildən ilə dayanmadan artır.

Alimlərin fikrinə görə, bunun səbəblərindən biri sağlam olmayan qidalanmadır. Mütəxəssislər xərçəng xəstəliyinə səbəb ola bilən 4 qrup qida məhsullarını təyin ediblər.

Adalet.az sağlamolun.az-a istinadən bu məhsulların siyahısını təqdim edir:

Şəkərlə zəngin olan qidalar

Şəkərdən sui-istifadə bir çox xərçəng növünün (düz bağırsaq, süd vəzi, sidik kisəsi, mədə, qida borusu və s.) riskini artırır. Şəkərin (qlükoza) orqanizmdə parçalanması xərçəng hüceyrələrinin artması prosesini stimullaşdırır.

Bu tək şəkərə deyil, şəkər əvəzedicilərə də aiddir. Mütəxəssislərin fikrinə görə, şəkər əvəzediciləri şəkərdən qat-qat daha ziyanlı və təhlükəlidir ki, onlardan tam imtina etmək lazımdır.

Lakin şəkərdən tam imtina etmək olmaz. Qlükozanın qanda və beyin toxumalarında konsentrasiyanın aşağı olması sinir toxumasının xərçəngi riskini artıra bilər.

Kolbasa, sosis, vetçina və s.

Ümumdünya xərçəng araşdırması agentliyi bu məhsulları təsdiq olunmuş kanserogen aktivliyinə malik olan məhsullar kimi qiymətləndirir. Kolbasa və s. bu kimi emal olunmuş ətdən hazırlanmış qidaların müntəzəm olaraq istehlakı yoğun bağırsaq xərçənginin riskini xeyli artırır. Həmçinin elmi araşdırmalar göstərir ki, bu məhsullardan sui-istifadə süd vəzi xərçənginin də riskini artırır.

Yağlı məhsullar

Araşdırmalar göstərib ki, çox yağlı məhsulların müntəzəm olaraq istehlakı bağırsaqda və bir çox digər orqanlarda xərçəng şişlərin böyüməsini stimullaşdırır.

Emal olunmuş qidalar, yarımfabrikatlar, yararlıq müddəti uzun olan qidalar

Müxtəlif hazır qıdalar (şirniyyatlar, çipsi, suxarı və s.), şirin qazlı içkilər, dükanlarda satılan pizza, blinçiklər, düşbərə və s. bu kimi yarımfabrikatların istehsalı zamanı çoxlu miqdarda şəkər, duz və süni yağlar (marqarin və s.), konservant, dadlandırıcılar və s. kimyəvi maddələrdən istifadə olunur. Nəticədə bu məhsullar orqanizmə heç bir fayda vermir, əksinə orqanizmi zəiflədir, hüceyrələr səviyyəsində pozulmalar yaradır, müxtəlif xəstəliklərin və o cümlədən xərçəngin riskini artırır.




İmza:
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK